
- A-
- A
- A+
Cəmiyyət
14:33 / 30.05.2017
1 dəq oxunma
Misirli tədqiqatçı Qərb Universitetinin tələbələri üçün seminar keçdi
Hazırda oxunan: Misirli tədqiqatçı Qərb Universitetinin tələbələri üçün seminar keçdi
179855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Misirli tədqiqatçı, Asiya problemlərinin araşdırıcısı, Siyasət və İnformasiya Tədqiqatları Dialoq Mərkəzinin Asiya Araşdırmalar sektorunun rəhbəri Əhməd Abdo Tərabik Qərb Universitetinin tələbələri üçün seminar keçib.
Qərb Universitetinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Zabitə Teymurlu qonağı təqdim edərək “Qarabağ Misir tədqiqatçılarının gözü ilə”x9d adlı seminarın əhəmiyyətini qeyd edib.
Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Misirli tədqiqatçının müəlifi olduğu “Qarabağ - Qafqazda sülhə aparan yol”x9d kitabı barədə tələbələrə məlumat verib.
Daha sonra Misirli tədqiqatçı Əhməd Abdo Tərabik Dağlıq Qarabağ münaqişəsi mövzusunda mühazirə ilə çıxış edib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli”x9d elan edilməsinin müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmli olduğunu diqqətə çatdıran jurnalist bildirib ki, islam həmrəyliyi İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. “Beynəlxalq hüquq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ancaq Ermənistannın BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməməsinə qarşı faktiki heç bir tədbir görülmür”x9d ”“ deyə tədqiqatçı bildirib.
Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, maraqlı polemikaya görə onlara təşəkkür edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































