Ağdam rayonunda bu yol 22 ildir təmir edilmir - VİDEO

Ağdam rayonunda bu yol 22 ildir təmir edilmir - VİDEO

Hazırda oxunan: Ağdam rayonunda bu yol 22 ildir təmir edilmir - VİDEO
179810
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdam rayonunun Ergi kəndi və qəsəbəsinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, by barədə qəsəbə sakinləri danışıb.

Onların sözlərinə görə, Ergi kəndinə qədər olan yeddi kilometrlik məsafə bərbad vəziyyətdədir. Məhz buna görə sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri problemə çevrilib.

Onlar bildiriblər ki, magistrala tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib:

“22 ildir bu zülmü çəkirik. Xəstəmizi həkimə apara bilmirik. Yasımız düşür, heç bir qohum gəlmir”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ergi qəsəbəsi üzrə avtomobil yolunun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO