Şəkidə tələbələr faciədən son anda necə xilas oldular? – FOTO/VİDEO 

Şəkidə tələbələr faciədən son anda necə xilas oldular? – FOTO/VİDEO 

Hazırda oxunan: Şəkidə tələbələr faciədən son anda necə xilas oldular? – FOTO/VİDEO 

179387

Şəkidə kirayə qalan tələbələr dəm qazından zəhərlənib. Hadisə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.

Bizim.Media-nın əməkdaşı hadisə yerində olub, tələbələrlə görüşüb.

Kirayədə yaşayan tələbə Ülvi Bədirbəyli bildirir ki, hadisə gecə saat 24 radələrində baş verib. Belə ki, otaq yoldaşlarından birinin vəziyyəti qəflətən pisləşməyə başlayıb. Onlar əvvəlcə yoldaşlarına özləri yardım göstəriblər. Üzünə su vurub, digər yardımları ediblər. Lakin bunların tələbəyə xeyri olmadığından mənzilə Təcili Tibbi yardım briqadası çağrılıb. Həkimlər gələnə kimi tələbə yoldaşlarından daha bir neçəsinin vəziyyəti pisləşib .

Həkim briqadası çatan kimi tələbələrə ilkin tibbi yardım göstərilib və onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Dəm qazından zəhərlənənlərdən biri də Şamil Məmmədlidir. Deyir ki, qəflətən halı pisləşib, ürəyi bulanıb. Yoldaşları ona yardım göstərsə də nəticəsi olmayıb. Ona görə də həkim çağrılıb. Şamilin sözlərinə görə, həkim ona ilkin tibbi yardım göstərəndən sonra özünə gəlib və bu zaman digər yoldaşlarının da vəziyyətinin pisləşdiyini müşahidə edib.

Tələbələr Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orda müayinədən keçirilib. Qan analizləri veriblər. İlkin müalicə təyin edilib.

Hadisə baş verən mənzildə olarkən tələbələrin təhsil aldığı Pedaqoji Universitetin Şəki Filialının rəhbərliyi də gələrək onların vəziyyəti ilə yerində maraqlandı.
APU-nun Şəki Filialının direktoru vəzifəsini müvəqqəti icra edən Nurəli Çələbiyev bildirir ki, Universitet tələbələrindən 6 nəfərin kirayə qaldıqları mənzildə zəhərlənmələri barədə məlumat alan kimi bir neçə müəllim yoldaşı ilə birgə xəstəxanaya yollanıblar.

Məlum olub ki, tələbələr artıq evlərinə, ambulator müalicəyə buraxılıb. Bu dəfə müəllimlər tələbələrin qaldıqları evə gələrək onların ev şəraiti və yaşayış vəziyyəti ilədə tanış olub, sağlamlıqları ilə maraqlanıb.

“Şükürlər olsun ki, böyük bir faciədən dönüblər. Tələbələrə heç nə olmayıb. Hətta onlardan bir neçəsi səhər saatlarında dərsə qatılıb”, - Nurəli müəllim deyib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən dəm qazından zəhərlənən tələbələrə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün elə gecəykən evə buraxılıblar. Bu gün xüsusi həkim briqadası tələbələrə qaldıqları evdə yenidən baş çəkib və onların sağlamlıq vəziyyəti ilə maraqlanıb. Tələbələr özlərini gümrah hiss etdiklərini bildiriblər.

 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO