Sərnişinlər 171 saylı marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 171 saylı marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar - VİDEO

Hazırda oxunan: Sərnişinlər 171 saylı marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar - VİDEO

177465

171 saylı marşrut avtobuslarının hərəkət intervalının çox olduğu və axşam saatlarında isə əksəriyyətinin fəaliyyət göstərmədiyi deyilir.

Bizim.Media xəbər verir ki, söhbət "Koroğlu" metrostansiyasından Bilgəh qəsəbəsi istiqamətində hərəkət edən 171 saylı marşrut avtobuslarından gedir.

Sərnişinlər bildirirlər ki, bu marşrut xəttindəki avtobuslar onları mənzil başına vaxtında çatdırmır. Həmçinin sürücülər saat 21:15-dən sonra avtobusu son dayanacağa qədər idarə etməyərək yarı yoldan qayıdırlar. Ona görə də sərnişinlər də taksilərdən istifadə etmək məcburiyyətində qalırlar.

Ötən gün də sürücülərdən biri sərnişinləri yarı yolda qoyub.

Sürücülər isə axşam saatlarında sonuncu dayanacağa qədər getməməklə bağlı iddialarla razılaşmırlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, həmin marşrut xəttində sözügedən faktların olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb.

Daşıyıcı şirkətin nümayəndəsi isə "Xəzər Xəbər"ə bildirdi ki, 171 saylı marşrut xəttindəki avtobuslar yaxın günlərdə kartla ödəniş sisteminə keçəcək. Ondan sonra da bu cür problemlər tamamilə aradan qalxacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO