“Tariximizi qanı və canı hesabına yazan insanları düşünmək borcumuzdur”x9d

“Tariximizi qanı və canı hesabına yazan insanları düşünmək borcumuzdur”x9d

Hazırda oxunan: “Tariximizi qanı və canı hesabına yazan insanları düşünmək borcumuzdur”x9d

173294

Xəbər verdiyimiz kimi, “Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev maraqlı təkliflə çıxış edib. Tanınmış ekspert Ayna.az saytına açıqlamasında Müdafiə və Təhsil Nazirliklərinin həm Azərbaycan Demokratik Cümhuriyyəti, həm də Qarabağ savaşında şəhid olan hərbçilərimizə məxsus itkin düşmüş və ya baxmsız vəziyyətdə olan məzarların tapılması, orada dəfn edilən hərbçinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində birgə iş aparmasının vacibliyini vurğulayıb. A.Əliyevin sözlərinə görə, bu işə məktəblilərin də cəlb edilməsi vətənpərvərlik əhval-ruhiyyəinin yüksəldilməsi ilə yanaşı, hərb tariximiz və şəhidlərimiz qarşısında da önəmli bir xidmət olar.

Moderator.az-a açıqlamasında təklifə münasibət bildirən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov bu təklifin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Media eksperti hörmətli Arif Əliyevin təklifi ilə tanış olanda ağlıma ilk gələn fikir və sual bu oldu ki, axı biz bu vacib məsələdə də xeyli vaxt itkisinə yol verməmişikmi? Və burada mən əsla bizim hörmətli Arif bəyi günahlandırmıram və buna əsla haqqım da yoxdur. Əksinə, ona təşəkkür etmək istərdim ki, bu vacib və çox önəmli məsələyə yenidən diqqəti yönəltməyə çalışıb. Sadəcə, bu işlərin görülməsinə cavabdehlik daşımalı olan dövlət və hökumət strukturları çoxdan bu işə başlamalı idilər. Baxın, 1994-cü ilin məlum atəşkəs sazişinin yaxın aylarda düz 23 ili tamam olacaq. Kifayət qədər böyük müddətdir. Bu illər ərzində Qarabağ savaşında iştirak edən və çox mətləblərdən hali olan döyüşçü dostlarımızdan - zabit, gizir və əsgər-cavuş heyətindən xeyli hissəsi ya dünyasını dəyişib, ya da aralarında elələri də var ki, bu gün o vaxt baş verənləri yavaş-yavaş unudurlar. Əgər biz vaxtında o adamların məlumatları əsasında yaxın tariximizdə baş verənləri tarixin yaddaşına salmağa gecikiriksə, kim zəmanət verə bilər ki, sabah bir başqası baş verənləri olduğu kimi gələcək nəsil üçün tarixin yaddaşına köçürəcək?

Axı son vaxtlar bizim özümüzün gözlərimiz önündə bəzi psevdopatriotlar özlərindən elə "qəhrəman" obrazı yaratmağa çalışırlar ki, adamın matı quruyur. Bu hələ bizim gözlərimiz önündə baş verənlərdirsə, görün bizdən sonra hansı həngamələr olacaq. Bəli, mən də onun tərəfdarıyam ki, Qarabağla bağlı baş verənlər necə var olduğu kimi sənədləşdirilərək gələcəkdə tarixçilər, araşdırmaçılar üçün saxlanılısın. Və bu işi birinci növbədə müharibəni ön xəttdə düşmənlə üzbəüz aparmış güc strukturları, başda Müdafiə Nazirliyimiz olmaqla etməyə borcludurlar. Eyni zamanda Təhsil Nazirliyi də həm Cümhuriyyət dönəmində, həm də Qarabağ savaşı vaxtı həlak olan, itkin düşən və digər hərbçi və mülki insanlarımızla bağlı müfəssəl məlumatları toplamaqda yaxından iştirak etməlidirlər. Xüsusən də, kimsəsiz əsgər məzarlqılarının tapılması, həmin məzarların baxımlı vəziyyətə gətirilməsi, orada kimin dəfn edildiyinin müəyyən edilməsi istiqamətində addımlar atmalı, bu işi ləngimədən başlamalıdırlar. İnanın ki, biz gözləməklə çox vacib məlumatların əldə edilməsi imkanını əldən buraxırıq. Tariximizi qorumasaq, o tarixi öz qanı və canı hesabına yazan insanları düşünməsək, vallah çox pis olacaq. O mənada ki, saxtakarlıq və yalan kimi zəhərli toxumlar bizim gələcəyimizə də sıçraya bilər. Buna isə biz əsla yol verməməliyik. Bütövlükdə, Arif bəyin təklifi çox dəyərli və lazımlı təklifdir. Bir az dərindən düşünülsə və bu işə yanaşılsa, bunun özü gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində çox böyük rol oynamağa qadir bir addım sayılmalıdır. Bu təklif tez bir zamanda həm dəstəklənməli, həm də praktik şəkildə həyata keçirilməlidir”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO