Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA”x9d MMC tərəfindən 3 lot üzrə elan edilmiş tenderin qalibləri müəyyən edilib.xa0
Moderator.az “Report”x9da istinadən xəbər verir ki, tenderin hər lot üzrə bir olmaqla ümumilikdə üç qalibi var.
Məlumata görə, lot-1 üzrə “NN Group”x9d MMC, lot-2 üzrə “Hünər İnşaat”x9d firması və lot-3 üzrə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”x9d MMC qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri imzalanıb.
Xatırladaq ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar tender elanı yanvarın 24-də elan olunub.


































































































