Qərb Universiteti “Excelsior Hotel & Spa Baku”x9d oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

Qərb Universiteti “Excelsior Hotel & Spa Baku”x9d oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

Hazırda oxunan: Qərb Universiteti “Excelsior Hotel & Spa Baku”x9d oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

165687

18 yanvar 2017-ci il tarixində Qərb Universiteti ilə “Excelsior Hotel & Spa Baku”x9d oteli arasında əməkdaşlıq müqaviləsi imzalandı. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq”x9d fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini adı çəkilən otelin departamentlərində keçə biləcəklər.

Tədbirdə Qərb Universitetinin “İqtisadiyyat, marketinq və menecment”x9d kafedrasının müdiri i.ü.f.d., prof Pərviz Qurbanov, “Riyaziyyat və kompüter texnologiyaları”x9d kafedrasının müdiri p.ü.f.d, dos. Rəna Hacıyeva, “Excelsior Hotel & Spa Baku”x9d otelinin baş meneceri Turhan Poyraz, otelin HR meneceri Kamran Rzayev, AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova və Qərb Universitetinin tələbələri iştirak etdilər. Tədbir iştirakçılarını salamlayan otel nümayəndələri əməkdaşlığın davamlı və uğurlu olacağına ümid etdiklərini söylədirlər. Tədbir əsnasında məlum olduki, “Excelsior Hotel & Spa Baku”x9d otelin HR meneceri Kamran Rzayev 2000-ci il də Qərb Universitetinin “Beynəlxalq menecment”x9d məzunudur. Məzunlarımızın uğurları bizi daima sevindirir.

Qərb Universiteti 50-dən çox dövlət, özəl həmçinin xarici qurumlar, müəssisələr və təşkilatlarla əməkdaşlıq edərək tələbələr üçün III və IV kursda təcrübə keçmək imkanı yaradır. Sevindirici haldır ki, bir çox tələbəmiz təcrübə keçdiyi müəssisə və təşkilatlardan iş təklifi alaraq, karyersını həmin müəssisə və təşkilatlarda qurmuş olur.

Tələbələrimizə istehsalat və diplomqabağı təcrübələrində uğurlar arzulayırıq!
Qərb Universiteti “Excelsior Hotel & Spa Baku”x9d oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı
 Qərb Universiteti “Excelsior Hotel & Spa Baku”x9d oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO