İctimai yerdə siqarət çəkənlər  - 1000 manatadək cərimələnəcək

İctimai yerdə siqarət çəkənlər - 1000 manatadək cərimələnəcək

Hazırda oxunan: İctimai yerdə siqarət çəkənlər - 1000 manatadək cərimələnəcək

160256
Tütün məmulatlarının satışının reklamı qadağan olunur.

Moderator.az xəbər verir ki, bu məsələ “Tütün və tütün məmulatı haqqında”x9d qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub. Belə ki, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilib. Maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Bundan əlavə olaraq, ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO