Mövlan Şıxəliyevlə bağlı araşdırmanın qohumuna həvalə edilməsi düzgündürmü?

Mövlan Şıxəliyevlə bağlı araşdırmanın qohumuna həvalə edilməsi düzgündürmü?

Hazırda oxunan: Mövlan Şıxəliyevlə bağlı araşdırmanın qohumuna həvalə edilməsi düzgündürmü?

159723

Bu günlərdə saytımıza müraciət edən Bakı şəhər sakini Ülviyyə Abdalova MTN generalı Mövlan Şıxəliyevlə bağlı Baş Prokurorluğa ünvanladığı şikayətin bu qurumun Ağır Cinayətlər İdarəsinin müstəntiqixa0Orxan Babayevə həvalə edildiyini bildirib. Şikayətçinin sözlərinə görə, O.Babayev M.Şıxəliyevlə qohumluq əlaqəsinə malik olduğu, habelə ondan aldığı 120 min manat məbləğindəki pulu qaytarmamaq üçün ona ciddi şəkildə təzyiq göstərir. Həyat yoldaşının axtarışa verildiyi, qardaşının isə dünən həbs edildiyini bildirən Ü.Abdalova, işin araşdırılmasının O.Babayevdən alınıb başqa müstəntiqə verilməsi ilə bağlı müraciət etdiyini, lakin bu xahişinin rədd edildiyini bildirib.

Maraqlıdır, M.Şıxəliyevlə bağlı şikayətin araşdırılmasının onun qohumuna həvalə edilməsi nə dərəcədə doğrudur? Qanun bu kimi situasiyalarda hansı addım atmağı diktə edir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən məşhur hquqşünas Aslan İsmayılov qanunun qohumların bir-birinin işini araşdırmasına icazə vermədiyini vurğuladı:

“Dediyinizin nə qədər düz olduğunu bilmirəm. Əgər bu deyilənlər düzdürsə, həqiqətən də hər şey dediyiniz kimidirsə, bu, tam özbaşınalıqdır. CPM-də də göstərilir ki, qohumlar bir-birləri ilə bağlı araşdırma apara bilməz”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO