Balakəndə yaşayış binasında YANĞIN – FOTO 

Balakəndə yaşayış binasında YANĞIN – FOTO 

Hazırda oxunan: Balakəndə yaşayış binasında YANĞIN – FOTO 
146088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün günorta saatlarında Balakən şəhərində ikimərtəbəli yaşayış binalarından birinin mənzilində tüstülənmə sonradan alovla əvəzlənib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Əli Ansuski küçəsində yerləşən ikimərtəbəli, çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzillərdən birində tüstülənmə hadisəsini qonşular hiss edib. 

Dərhal hadisə yerinə FHN-nin Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və teznikası cəlb edilib.

Görülən qabaqlayıcı tədbirlər nəticəsində yanğın hadisəsinin genişlənməsinin qarşısı alınıb, yanğın digər mənzillərə keçmədən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğın hadisəsi elektrik naqillərindəki qısa qapanmadan baş verib. Faktla bağlı araşdırmalar başlanılıb. 

Balakəndə yaşayış binasında YANĞIN – FOTO  - foto 1
Balakəndə yaşayış binasında YANĞIN – FOTO  - foto 2
Balakəndə yaşayış binasında YANĞIN – FOTO  - foto 3

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO