Səbailli “Gənc Heydərçilər”x9d Qusardakı yay düşərgəsindən qayıtdılar

Səbailli “Gənc Heydərçilər”x9d Qusardakı yay düşərgəsindən qayıtdılar

Hazırda oxunan: Səbailli “Gənc Heydərçilər”x9d Qusardakı yay düşərgəsindən qayıtdılar
146045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi ilə birgə təşkil olunan layihəyə əsasən artıq 3-cü dəfə keçirilən Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladları üçün Qusar rayonundakı «N» saylı hərbi hissəsində "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb.xa0

Moderator.az-a daxil olan məlumata görə, bu layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi ilə məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. xa0Hərbi hissədəki əsgər kazarmalarının birində "Gənc Heydərçilər" üçün hər cür şərait yaradılıb.

Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olublar. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaradıb.

Bağlanış mərasiminindən bir gün əvvəl məktəblilər üçün tonqal ətrafında maraqlı əyləncəli tədbir-konsert təşkil olunub. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçidlə keçib, düşərgədə öyrəndiklərini nümayiş etdiriblər.xa0
Səbailli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO