Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi”x9d üzrə ll, lll və lV kursda təhsil alan 25 tələbəsi tədris ili ərzində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə “Azneft”x9d İstehsalat Birliyinin “Neft Daşları”x9d Neft və Qazçıxarma İdarəsində (“Neft Daşları”x9d NQÇİ) tanışlıq və istehsalat təcrübəsi keçirlər.
Təcrübə proqramı çərçivəsində “Neft Daşları”x9d NQÇİ-nin rəisi Qoçalı Mahmudov, idarənin sosial işlər üzrə rəis müavini Zeynal Abdullayev, təcrübə proqramına rəhbərlik edən “Neft Daşları”x9d NQÇİ-nin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Zabit Əhmədov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış təcrübə şəraitindən danışıb və onlara müvafiq təlimatlar veriblər. Həmçinin görüşdə, BANM tələbələri üçün yaradılan imkanların və verilən praktiki biliklərin onların gələcək karyeralarında olan əhəmiyyətindən bəhs edilib. Tələbələrə platformadakı quyular və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, təcrübə müddətində BANM tələbələri “Neft Daşları”x9d NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar.







































































































