Ataşovanın ABŞ-da tələbə adını qazanması ANS rəhbərliyini çətin vəziyyətə saldı

Ataşovanın ABŞ-da tələbə adını qazanması ANS rəhbərliyini çətin vəziyyətə saldı

Hazırda oxunan: Ataşovanın ABŞ-da tələbə adını qazanması ANS rəhbərliyini çətin vəziyyətə saldı
144266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Tanınmış telejurnalist, ANS-in ABŞ bürosunun rəhbəri xa0Qənirə Ataşovadan təzə xəbər var.
Belə ki o, bu günlərdə ABŞ-ın nüfuzlu universitetlərindən birinə daxil olub. Bu isə istər-istəməz onu söyləməyə əsas var ki, bu yay ANS rəhbərliyi üçün hər mənada ən isti yay olacaq. Çünki telekanalın kulislərində hazırda yalnız bu xəbər müzakirə mövzusudur-xanım Ataşovanın ABŞ-da təhsilini davam etditmək məqsədi ilə nüfuzlu universitetlərdən birinin tələbəsi adını qazanması. Məlumatlara görə, ABŞ prezidentindən ilk müsahibə almağa müvəffəq olmuş Q. Ataşova siyasətin idarəolunması üzrə fakültəyə daxil olub.

xa0Avqust ayında isə Q. Ataşova ilə ANS arasında büroya dair bağlanmış müqavilənin xa0vaxtı bitir. Və bu tələbə görə, xanım həmkarımız geriyə-vətənə dönməlidir. Lakin ortaya çıxan təhsil məsələsi son dövrlər daha da məşhurlaşan telejurnalistin vətənə dönmək qərarına təsir edəcək. Bu məsələ ilə bağlı Q. Ataşovanın özünün mövqeyini öyrənməyimiz isə mümkün olmayıb. Bununla belə, əldə etdiyimiz məlumata görə, ANS-in ulduzu seçim qarşısında qalarsa, təhsilə üstünlük verəcək və o, xa0bunu qalmaqalsız, sakit formada etmək niyyətindədir.(Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO