Bakının mərkəzi küçələrində təhlükəli hörümçəkkimilər görünüb.
Bu barədə məlumat sosial istifadəçilər tərəfindən geniş müzakirə edilir.xa0
Məlumatda deyilirxa0ki, hörümçək-falanqalarxa0Bakıda 17-19 iyun tarixlərində keçirilən “Formula-1”x9d yarışlarından sonra öz yuvalarından çıxıblar.xa0
Onların yuvalarından çıxmağa vadar edən səbəb kimi isə bolidlərin səsi göstərilir.
Bəzi internet istifadəçiləri şəhərdəxa0gəzən falanqaların şəkillərini paylaşıb.xa0
Bakıda yerləşən Təcili Tibbi Yardım stansiyasından Oxu.Az-a bildiriblər ki, hörümçək dişləməsindən şikayət edən olmayıb.xa0
Qeyd edək ki, falanqalar yetərincə iri hörümçəkkimilərdir. Orta Asiya falanqalarınınxa0uzunluğu 5-7 sm-dir.xa0
Onların bədəni uzun tükcüklərlə örtülüb. Falanqaların dişləməsi ağrılı olur. Əksər hallarda heç bir ağır nəticə vermir, amma bəzən ağır şişmələrlə müşayiət edilə bilər. xa0xa0
Məsələ ondadır ki, bu hörümçəkkimilərin zəhərli vəzləri yoxdur, ağız uclarında əvvəlki qurbanının qalıqları olur. Bu qalıqlar isə dişləmə zamanı yaraya düşərək zəhərlənməyə səbəb ola bilər.































































































