İsveçrədə mühacirətdə yaşayan tanınmış yazar Elbəyi Həsənli Moderator.az-a açıqlamasında Elçibəyin kürəkəni Aqil Səmədbəylini mətbuata verdiyi bir açıqlamasına görə ittiham edib:
"Azərbaycanda danışığını bilməyən adam çoxdur. Belələri adətən qaş düzəltmək istəyəndə göz çıxarırlar. Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəylinin mətbuata verdiyi sonuncu müsahibə buna bariz nümunə hesab oluna bilər. Görün, Aqil bəy nə deyir və necə deyir: “AXC-nin içində olanlar yaxşı bilirlər ki, Tofiq Qasımov heç də Elçi Bəyi sevən adam deyildi. Bunun səbəblərindən biri də Azərbaycandakı xəstə yerliçilik təfəkkürüdür. Nə yazıq ki, Sovet dövründə Azərbaycanda bu xəstəlik kifayət qədər inkişaf etdirilib. Bu xəstəlik yalnız Elçi Bəy dönəmində aradan qalxmışdı. Elçi Bəy kadrlara haradan olmağına görə qiymət xa0və vəzifə vermirdi. Hətta Naxçıvanlıların və Qərbi Azərbaycanlıların Elçi Bəy dönəminde iqtidarda çox az sayda təmsil olunması da Onun devrilmə səbəblərinden biri kimi göstərilir. Tofiq Qasımov devrimdən və həbsdən xeyli sonra bir müddət Ankarada yaşadı. Orda da Elçi Bəy haqqında ağzına gələni danışırdı. Buna son vermək üçün dostum Raqiblə Ankaraya getdik - onu 'görməyə'. Doğal olaraq görüşdən qaçdı. Telefonda Raqib ona yaxşıca xəbərdarlıq etdi. Bundan sonra Tofiq Qasımov susdu.”x9d
Göründüyü kimi, Aqil bəy Tofiq bəyə “yerliçilik xəstəliyi”x9dndə çuçlayır. Elə bu səbəbdən də sayt sözügedən müsahibəni "Tofiq Qasımov xəstə yerlibaz idi" başlığı ilə yayımlayıb. Düzdür, Aqil bəy deyir ki, bu başlıq mənlik deyil. Ancaq müsahibəsində dolayısı ilə eyni fikri səsləndirir.xa0
İkinci məqam isə ümumiyyətlə, şedevr sayılmalıdır. Guya Aqil bəy birisi ilə gedib və Türkiyədə Elçibəyin əleyhinə danışan Tofiq bəyi susdurub. Özü də müsahibədən aydın görünür ki, Tofiq bəyi hədə-qoxu ilə, zorla susdurublar.
İstisna etmirəm ki, Tofiq bəy həqiqətən də Elçibəylə bağlı narazılığını açıq ifadə edib. Bu, onun haqqı idi. Elçibəy tarixi missiyasın yerinə yetirə bilməyib, heç kimə xəbər etmədən Kələkiyə çıxın getməklə öz komandasın gülünc vəziyyətdə qoyub. Onların belini qırıb, siyasi karyerasının üstündən birdəfəlik xətt çəkib. Bütün bunlara rəğmən, Aqil bəy və onun kimiləri düşünürlər ki, Tofiq bəy Elçibəyi təriflər yağdırmalıymış”¦
Bir daha Aqil bəyin Tofiq bəyi hədə-qoxu ilə, zorla susdurulması iddiasına qayıdıram.xa0
xa0“Axı, sən nə istəyirsən, Tofiq Qasımov?”x9d Mərhum prezident Heydər Əliyevin Ali Sovetin sədri olduğu dönəmdə parlament iclaslarında AXC hakimiyyətinin xarici işlər naziri olmuş, istiqlalçı deputat Tofiq Qasımova ünvanladığı bu sual sonralar dillər əzbəri oldu və zərb-məsələ çevrildi. Azərbaycan milli azadlıq hərəkatının ünlü nümayəndələrindən biri olan T.Qasımovun 1993-cü ilin iyun qiyamından sonrakı dövrdə Milli Məclisdə kəskin və prinsipial mövqeyi vaxtaşırı rəhbərliyin xa0sərt reaksiyası ilə üzləşirdi.
Düşünün, Heydər Əliyevin susdura bilmədiyi Tofiq Qasımovu Aqil Səmədbəyli sudura bilərimi? Bir özünüzə çəki-düzən verin”¦
Sonrası da məlumdur. 1995-ci ilin “OMON”x9d hadisələri zamanı həbs olunan eks nazir məhbəsdən çıxandan sonra ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçüb, daha sonra İsveçə mühacirət edib və hazırda bu ölkədə yaşayır.xa0
T.Qasımov 2006-cı ilədək Müsavat Partiyasının Divan və Məclis üzvü olub. Hazırda da Müsavat Partiyasının üzvü olaraq qalır.xa0
Tofiq bəyin 78 yaşı var. Və bu yaşda olan adama qarşı bu şəkildə, yəni son dərəcə məsuliyyətsiz ifadələr işlətmək olmazdı. Bəli, Tofiq bəy icyimaiyyət qarşısına çıxmır. Bu kimi bəyanatlara cavab vermir. Amma biz varıq. Kimin sözü varsa, buyursun. Biz İsveçrədə yaşayan müsavatçılar olaraq ağsaqqal partiyadaşımızın müdafiə etməyə hazırıq. Əlbəttə, Tofiq bəyin müdafiəyə ehtiyacı yoxdur. O, xalq tərəfindən çox sevilən birisidir. Ancaq bəzən Aqil bəy kimi danışığını bilməyənlər ortanı qarşıdırır”¦
Hamı bilir ki, yerlibazlığı Azərbaycan siyasətinə mərhum Heydər Əliyev gətirib. Bu siyasətin nəticəsi o olub ki, ölkədə əsasən naxçıvanlılar və ermənistanlılar yüksək vəzifələrdə yer alıblar. Rayonları bir tərəfə qoyuram. Əslən bakılı olan siyasətçi və ya yüksək vəzifə sahibini gərək əli çıraqlı axtarasan. Mən yerlibazlığa nifrət edirəm. Mərhum Elçibəy də yerlibazlıqdan uzaq adam idi. Tofiq bəy də həmçinin.xa0
Bir məqama da toxunum. Bu ilin əvvəlində president İlham Əliyev xarici işlər naziri kimi Tofiq Qasımovu “statusuna adekvat olmayan bir adam”x9d kimi xarakterizə etmişdi. Onu kiçik elmi işçi olduğunu vurğulamışdı.xa0
Biz-yəni İsveçrədə yaşayan müsavatçılar prezidentin bu xa0iradını çavabsız qoymamışdıq. O vaxt Tofiq bəylə çox yaxın olan müsavatçı alim Hacı Hacılı belə demişdi:”x9d Hörmətli Prezidetntin nəzərinə çatdırmaq istərdim ki, Tofiq Qasımov kiçik elmi işçi yox, akademiya sistemində ən yüksək elmi vəzifə sayılan böyük elmi işçi vəzifəsində çalışırdı”¦”x9d
“moderator.az”x9d-da getmiş həmin yazıda Hacı bəy Toviq Qasımovun alimlik dərəcə almağa maraq göztərməməsinin səbəbini belə açıqlamışdı: “Fizika Institunun o vaxtki direktoru, həm də AMEA - nin prezidenti Həsən Abdullayevin nədən doktorluq dissertasiyası müdafiə etmədiyini irad tutmasına Tofiq bəyin cavabı da maraqlı olub. Akademiya divarları arasında ifrat yerliçilik siyasəti yürüdən alimə Tofiq bəy beləcə də deyib: “Həsən müəllim, Naxçıvandakı sonuncu süpürgəçi gəlib doktor olandan sonra mən də müdafiə edəcəm.”x9d
Məhz bu məqama görə yerlibazlıq xəstəliyinə mübtəla olanlar, yeri gəlmişkən, Aqil Səmədbəyli də o sırada yer alır, Tofiq bəyə qarşı belə təxribatlara əl atırlar. Ancaq nahaq yerə. Bir daha deyirəm. Tofiq bəy AXC iqtidarı dönəmində görəvdə olmasına rəğmən ən çox sevilən siyasi xadimlərdən biridir.xa0
Bu da faktdır ki, Tofiq Qasımov “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”x9dnın 2 müəllifindən biridir".





































































































