Tanınmışlardan Şahlar Əsgərovun 75 illik yubileyinə təbriklər...

Tanınmışlardan Şahlar Əsgərovun 75 illik yubileyinə təbriklər...

Hazırda oxunan: Tanınmışlardan Şahlar Əsgərovun 75 illik yubileyinə təbriklər...

140912
İyunun 15-də tanınmış ziyalı, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərovun 75 yaşı tamam olur.

Moderator.az - ın əməkdaşı bu münasibətlə cəmiyyətdə kifayət qədər tanınan müxtəlif peşə sahiblərinin yubilyar haqqında fikirlərini öyrənməyə çalışıb.

Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Şahlar Əsgərovu belə xarakterizə edib:


Şahlar Əsgərovu səciyyələndirən əlamətdar cəhətlər:
-  Vətəndaşlığı alimliyinin kölgəsində qalmır, dar ixtisas çərçivəsi ilə məhdudlaşmır, kabinet alimlərindən fərqli olaraq ictimai-siyasi həyata biganə deyil, 
-  Mənsub olduğu partiyada da alimliyi və fərqli yaklaşım təşəbbüsləri ilə seçilir, siyasətdə itib-batmır, intellekt burda da siyasətin önündə gedir.
-  Təhsilimizin acınacaqlı durumuna göz yuma bilmir, 
-  Daim axtarışdadır, müzakirələrə açıqdır, jurnalistlərdən qaçmır, bir ziyalı olaraq istənilən aktual məsələyə münasibətini bildirir.
- Zamanla ayaqlaşır, xüsusən təhsil sahəsində dünyada baş verən hadisələri, yeni tendensiyaları izləyir, yeni modellər, təkliflər verir
-  Təhsilşünaslığı dəqiq elmlərdən gələn fərqli metod və metodoloji prinsiplərlə zənginləşdirir, bir çox faydalı araşdırmaları bizim təhsil praktikamızda nəzərə alınmasa da, xaricdə diqqətlə qarşılanır, xüsusən Rusiyanın nüfuzlu təhsilşünaslıq jurnalları onun təhlil və təkliflərini həvəslə çap edib yayırlar və bəlkə tətbiq də edirlər...
-  Şahlar müəllim fizika sahəsində də ölkəmizin hüdudlarından kənarda əsərləri çap olunan tanınmış  mütəxəssisdir, aldığı elmi nəticələrdən bir qismi artıq tətbiq olunur... Amma o bununla məhdudlaşmır,  təhsil fəlsəfəsi və təhsilin sosioloji tədqiqi sahəsində xeyli tədqiqatları var ki, bunları nəzərə alıb mən rektor olduğum dövrdə ona Azərbaycan Universitetinin  fəlsəfə professoru fəxri adını vermişdik.
-  Əgər bütün elm adamlarımız ictimai-siyasi həyatda, elm və təhsilin daha optimal təşkilatlanması üçün müzakirələrdə belə aktiv ola bilsəydilər cəmiyyətimiz bundan çox fayda görərdi.
-  Şahlar müəllim həmişə dövlətçiliyə xidmət edən adam olub və dövlətimizin də onun bu xidmətlərini unutmadığını düşünürəm.

YAP funksioneri, millət vəkili Aydın Mirzəzadə də Şahlar Əsgərovu parlaq ziyalı, gözəl analitik kimi xarakterizə edib:


"Şahlar Əsgərov Azərbaycanın müasir tarixində çox parlaq rol oynamış ziyalılarımızdan biridir. Onun Azərbaycanın müstəqilliyinin bərpa edilməsində, Ulu Öndər Heydər Əliyevin ideyalarının cəmiyyətdə təbliğində, ən əsası isə Azərbaycan dövlətçiliyində parlamentarizm ənənələrinin formalaşmasında böyük xidməti var. Digər tərəfdən Şahlar Əsgərov Azərbaycanda gözəl analitik kimi də cəmiyyətdə özünəməxsus yer tuta bilib. Eyni zamanda onu bütün bu illər ərzində münasibətlərdə çox səmimi olan bir insan kimi tanımışam. Mən Şahlar müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, ona yüz il və daha uzun ömür arzulayıram". 


YAP-ın ən azman fiqurlarından olan keçmiş vitse-spiker, millət vəkili Arif Rəhimzadə də Şahlar Əsgərovu seçilən analitik hesab edir:


"Şahlar müəllim yaxşı alimdir, gözəl ziyalıdır, seçilən analitikdir. Bir müddət onun çox ciddi və parlaq siyasi fəaliyyəti də olub və parlamentdə də aktiv deputat kimi seçilib. Mən ona can sağlığı arzulayıram".  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO