Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”x9d fənni üzrə imtahan verir

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”x9d fənni üzrə imtahan verir

Hazırda oxunan: Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”x9d fənni üzrə imtahan verir

140531
Bu gün, iyunun 12-də, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili”x9d fənni üzrə imtahan keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub və saat 11:00-da başlayıb.

Cari ildə “Azərbaycan dili”x9d fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476-sı imtahanı müvəffəqiyyətlə verərək “məqbul”x9d qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də aparılmış imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul”x9d qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili”x9d imtahanında iştirak imkanı verilib.

İmtahanda 1400-dən çox abituriyent iştirak edir. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO