Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Hazırda oxunan: Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

619102

Ukraynanın paytaxtı Kiyevin Şevçenkovski rayon Məhkəməsi 34 yaşlı Azərbaycan vətəndaşı Orxan Məmmədbəyli barəsində 40 sutkalıq müvəqqəti həbs qətimkan tədbiri seçib. Qərara əsasən, o, bu müddət ərzində Lukyanovka İstintaq Təcridxanasında saxlanılacaq.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, Orxan Məmmədbəyli Polşa ərazisində qətl törətməkdə ittiham olunur. Ona qarşı Polşa Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmə hakimi Vladimir Buqil bu qərarı 2026-cı il iyunun 1-də qəbul edib. Hazırda həmin qərardan apellyasiya şikayəti verilib. Məhkəmə qərarının mətninə əsasən, Orxan Məmmədbəyli mayın 29-da günün ikinci yarısında saxlanılıb.
 

Azərbaycan vətəndaşına qarşı tədbir görülməsinə səbəb həmin gün SIENA beynəlxalq informasiya şəbəkəsi vasitəsilə Polşa hüquq-mühafizə orqanlarından daxil olan məlumat olub. Həmin məlumatda bildirilib ki, Orxan Məmmədbəyli Avropa Həbs Orderi və İnterpolun "qırmızı bildirişi" əsasında beynəlxalq axtarışa verilib.


Məlumata görə, o, 2025-ci il fevralın 22-nə keçən gecə Polşanın paytaxtı Varşavanın mərkəzində baş vermiş səs-küylü hadisə ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunur.

Qeyd olunub ki, Konstitusiya meydanında yerləşən gürcü restoranında müştərilər arasında mübahisə yaranıb. Daha sonra təxminən 10 nəfər küçəyə çıxıb və dava baş verib. Münaqişə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı Gürcüstan vətəndaşı, 31 yaşlı David K. döş qəfəsindən aldığı bıçaq xəsarəti nəticəsində həyatını itirib. Daha iki nəfər isə bud və çanaq nahiyəsindən bıçaq xəsarətləri alıb.

Hadisənin etnik cinayətkar qruplar arasında baş vermiş hesablaşma ilə əlaqəli olduğu barədə versiyalar irəli sürülüb. Bununla belə, Varşava prokurorluğu rəsmi açıqlamasında yalnız üç Gürcüstan vətəndaşının saxlanıldığını və Varşava-Şrüdmestye Dairə Məhkəməsinin qərarı ilə həbs edildiyini bildirib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO