Gəncədə şəhidlərin xatirəsinə həsr olunan FUTBOL TURNİRİ – FOTO  

Hazırda oxunan: Gəncədə şəhidlərin xatirəsinə həsr olunan FUTBOL TURNİRİ – FOTO  

139505

Gəncədə şəhidlərin xatirəsinə həsr olunan uşaqlar arasında futbol turniri start götürüb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə, Tovuz və Mingəçevir yetirmələrinin də qatıldığı turnirdə 4 komanda iştirak edir. Gəncəni Kəpəz və Lokomotiv komandaları təmsil edir. Turnir Konstantin Abramenko adına Lokomotiv stadionunda təşkil olunub. 

Açılış mərasimində çıxış edən Gəncə Şəhid Anaları İB-nın Sədri, Şəhid Hacı Rauf Əsgərovun anası Briliyyant xanım Əsgərova şəhidlərə və onun ailələrinə göstərilən diqqət, qayğıya görə turnirin təşkilatçılarına minnətdarlığını bildirib. 

Daha sonra çıxış edən millət vəkili Müşfiq Cəfərov bu günlərdə uşaqların hüquqularının müdiəsi günü olduğunu xatırladaraq şəhid övladları da daxil olmaqla bütün uşaqları təbrik edib.  

Açılış mərasimində digər çıxış edənlər də şəhidlərin ruhunun daim əziz olduğunu, heç zaman yaddan çıxmayacaqlarını, bu kimi yarışların uşaq idmanının inkişafında böyük rolunu qeyd etdilər. 

Sonra turnirin təşkilatçılarından olan, iş adamı Çapay Məmmədovun və AFFA-nın hazırladıqları xüsusi xatirə hədiyyələri şəhid övladlarına təqdim olundu. 

Rəsmi hissədən sonra yarışlara start verildi. İki gün davam edəcək xatirə turnirində qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO