Filin ölümü ekosistemə necə təsir edir? - Nəticələr hər kəsi təəccübləndirdi

Filin ölümü ekosistemə necə təsir edir? - Nəticələr hər kəsi təəccübləndirdi

Hazırda oxunan: Filin ölümü ekosistemə necə təsir edir? - Nəticələr hər kəsi təəccübləndirdi

642332

Cənubi Afrika Respublikasındakı (CAR) Kryuqer Milli Parkında aparılan araşdırmalar göstərib ki, fillər hətta öldükdən sonra da ən azı 8 il ərzində yerli ekosistemə ciddi təsir göstərir.

Bizim.Media xəbər verir ki, "Discover Wildlife" nəşrinin verdiyi məlumata görə, tədqiqat 2009-cu ildə Aleksandr adlı nəhəng bir filin ölümündən sonra başlayıb.
 

Cənubi Afrika Ekoloji Müşahidə Şəbəkəsinin alimi Deyv Tompson və həmkarları fil leşinin torpağa, mikroorqanizmlərə, bitki örtüyünə və digər heyvanların davranışına təsirini illərlə sistemli şəkildə izləyiblər.


Fil cəsədinin parçalanmasının ilk mərhələsində torpaqda azotun qatılığı normadan 3000 dəfəyə qədər artıb. Bu kimyəvi sıxlıq yaxınlıqdakı bitki örtüyünün müvəqqəti məhvinə səbəb olub və torpaq bakteriyalarının müxtəlifliyini azaldıb.

Zaman keçdikcə torpağın tərkibi stabilləşib və həmin ərazidə tez böyüyən xüsusi ot növləri üstünlük təşkil etməyə başlayıb.

Əmələ gələn zəngin otlaq sahəsi digər otyeyən heyvanları əraziyə cəlb edib. Onların peyini isə torpağı daha da münbitləşdirərək filin ölümündən illər sonra da ekoloji zəncirin yenilənməsini təmin edib.

CAR Milli Parklarının nümayəndəsi İzak Smit bildirib ki, bu araşdırma təbiətdəki mövcud mənzərənin çox vaxt keçmişin mirası tərəfindən formalaşdırıldığını bir daha sübut edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO