Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO/VİDEO

Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO/VİDEO

Hazırda oxunan: Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd SAXTADIR - FOTO/VİDEO

642310

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır.

Bizim.Media xəbər verir ki, bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO