Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTO/VİDEO

642307

2026-cı ilin ikitərəfli əməkdaşlıq planı çərçivəsində Qırğızıstan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) nümayəndə heyəti ölkəmizə səfər edib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Səfər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirov ilə görüşən qırğızıstanlı qonaqlara qüvvələr haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.


Nümayəndə heyətinin rəhbəri öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qarşılıqlı təcrübə mübadiləsi baxımından bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında mümkün əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.

Tədbirdən sonra qonaqlara XTQ-nin istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib.

Sonda nümayəndə heyəti xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO