Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

Hazırda oxunan: Dünya çempionatı: Güləşçimiz Günay Qurbanova finala yüksəldi

642330

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-nin Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Argentina təmsilçisi Kamila Amarillaya qalib gəlib.

O, qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.

Yunan-Roma güləşçisi Ruslan Nurullayev (77 kq) isə üçüncü yer uğrunda qarşılaşmada ukraynlı İrfan Mirzoyevi məğlub edərək bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) gümüş mükafata sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO