Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

Hazırda oxunan: Tramp Qrenlandiyada neft və qaz kəşfiyyatına başlanacağını AÇIQLADI

642288

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada neft, qaz və faydalı qazıntıların genişmiqyaslı kəşfiyyatına hazırlıq görüldüyünü bəyan edib.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
 

Onun sözlərinə görə, ekspertlər Qrenlandiyada mövcud neft ehtiyatlarının dünyanın demək olar ki, istənilən digər ərazisindəkindən daha çox ola biləcəyini düşünürlər.


Bununla belə, ABŞ lideri kəşfiyyat işlərini hansı qurumların aparacağını və fəaliyyətin konkret olaraq harada başlanacağını açıqlamayıb.

Tramp Qrenlandiyanı ABŞ və Avropanın müdafiəsi baxımından mühüm strateji mövqe kimi də xarakterizə edib. O iddia edib ki, adanın coğrafi mövqeyi ABŞ-a qarşı hücum zamanı pilotsuz uçuş aparatlarını, raketləri və digər silahları əvvəlcədən aşkarlamağa, eləcə də onları zərərsizləşdirməyə imkan verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO