Qara dənizin Rumıniya sahillərində, Sulina şəhərindən təxminən 13 dəniz mili cənub-şərqdə “Wide Trader” tankerində baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb.
Bizim.Media Agerpres informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.
Bildirilib ki, San-Marino bayrağı altında üzən gəmidə ümumilikdə 12 nəfər olub. Onlardan 4-ü xilas edilib, 8 nəfərin axtarışı davam etdirilir.
Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb. Əraziyə helikopter və “SAR Apollo” axtarış-xilasetmə gəmisi göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:30 / 15.10.2026
Qara dənizdə tanker yandı: 8 nəfər itkin düşdü
Hazırda oxunan: Qara dənizdə tanker yandı: 8 nəfər itkin düşdü
Hazırda oxunan: Qara dənizdə tanker yandı: 8 nəfər itkin düşdü
642355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































