Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

Hazırda oxunan: Mask “Starshield” qərarına görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

642302

“SpaceX” şirkətinin sahibi İlon Mask şirkətinin “Starshield” sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı qərarların qəbulunda iştirak etmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Mask sürət və ya terminallardan istifadə ilə bağlı istənilən məhdudiyyətin ABŞ hərbçiləri və son nəticədə ölkə prezidenti tərəfindən müəyyən edildiyini vurğulayıb.
 

“Starshield sistemləri ABŞ hökumətinə məxsusdur və onun nəzarəti altındadır. Sürət və ya istifadə ilə bağlı istənilən məhdudiyyəti ABŞ hərbçiləri və son nəticədə ABŞ prezidenti müəyyən edir.


“Starlink” isə “SpaceX” şirkətinə məxsus kommersiya xidmətidir və şirkətin nəzarəti altındadır.

“Starlink”dən yalnız mülki və ya müdafiə məqsədləri üçün istifadə edilə bilər. Kommersiya şirkəti üçün uyğun olmadığına görə bu sistemdən hücum xarakterli hərbi əməliyyatlarda istifadə etmək olmaz”, – deyə Mask yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO