Flik ona istirahət verə bilər

Flik ona istirahət verə bilər

Hazırda oxunan: Flik ona istirahət verə bilər

642306

“Barselona”nın müdafiəçisi Erik Qarsiya Çempionlar Liqasında “Qalatasaray”la matçda Rafael Leao ilə toqquşma nəticəsində yüngül zədə alıb.

Bizim.Media xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, ispaniyalı futbolçu qarşılaşmadan sonra jurnalistlərlə söhbətində şişmiş dizini göstərərək zarafatla deyib:

“Türkiyədən özümlə apardığım kiçik bir hədiyyədir”.

Bildirilir ki, müdafiəçi oktyabrın 17-də “Betis”lə oyunda meydana çıxa bilər. Lakin “Barselona”nın baş məşqçisi Hans Diter Flikin Parisdə PSJ-yə qarşı keçiriləcək vacib matçını nəzərə alaraq futbolçuya istirahət verməsi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO