ABŞ-ın Rusiyanın dondurulmuş aktivləri ilə bağlı YENİ PLANI - Avropa imtina etdi

ABŞ-ın Rusiyanın dondurulmuş aktivləri ilə bağlı YENİ PLANI - Avropa imtina etdi

Hazırda oxunan: ABŞ-ın Rusiyanın dondurulmuş aktivləri ilə bağlı YENİ PLANI - Avropa imtina etdi

642349

Birləşmiş Ştatlar Avropa ölkələrinə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini blokdan çıxarmağı və həmin vəsaitləri Vaşinqtonun nəzarətində olan xüsusi struktura ötürməyi təklif edib.

Bizim.Media xəbər verir ki, Financial Times (FT) nəşrinin dörd mənbəyə istinadən verdiyi məlumata görə, bu təşəbbüslə ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşner oktyabrın 9-da Mayamidə Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya, Aİ və NATO nümayəndələri ilə keçirilən qapalı görüşdə çıxış ediblər.

Xəbərdə bildirilir ki, dondurulmuş aktivlərdən istifadə məsələsi hərtərəfli sülh sazişi çərçivəsində müzakirə olunub. ABŞ tərəfi vəsaitlərin bir hissəsinin blokdan çıxarılması və Amerika tərəfinin idarə edəcəyi struktura verilməsi də daxil olmaqla bir neçə variant irəli sürüb.
 

Ancaq Avropa diplomatiyası bu təklifi qətiyyətlə rədd edib. Görüşdə iştirak edən avropalı rəsmilər aktivlər üzərində nəzarətin üçüncü tərəfə verilməsinə və ya vəsaitlərin hər hansı hissəsinin Moskvaya qaytarılmasına qarşı çıxdıqlarını bəyan ediblər.


FT vurğulayır ki, Vaşinqtonun bu planı Kiyev və Aİ tərəfdaşları arasında ciddi narahatlıq yaradıb və ABŞ-ın Moskvaya təzyiq göstərmək yanaşmasında köklü fərqlərin olduğunu göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO