İran ən böyük qaz yatağının fəaliyyətini bərpa etdi

İran ən böyük qaz yatağının fəaliyyətini bərpa etdi

Hazırda oxunan: İran ən böyük qaz yatağının fəaliyyətini bərpa etdi

642357

Tehran ABŞ və İsrailin hərbi zərbələri nəticəsində zədələnmiş "Cənubi Pars" (South Pars) qaz yatağında irimiqyaslı bərpa və təmir işlərini tamamlayaraq hasilat gücünü əvvəlki səviyyəyə çatdırıb.

Bizim.Media xəbər verir ki, İranın "Fars" xəbər agentliyinin ölkənin Neft naziri əvəzi Həmid Borda istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlar zamanı sıradan çıxan bütün istehsalat obyektlərinin təmiri başa çatdırılıb və hasilat tam həcmdə bərpa olunub.

İran Neft nazirinin müavini Əhməd Zeraatkar bir qədər əvvəl bildirmişdi ki, sentyabrın sonunadək görülən tədbirlər sayəsində zədələnmiş güclərin təxminən 50%-i istismara qaytarılmışdı. Hazırda isə stansiyalar üçün yanacaq ehtiyatları tələb olunan səviyyənin 90%-nə çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.

"Cənubi Pars" yatağının tam gücü ilə fəaliyyətini bərpa etməsi İranın qış mövsümündə daxili enerji tələbatını ödənilməsinə və enerji qıtlığının qarşısının alınmasına imkan verəcək.

Arayış: Fars körfəzində yerləşən "Cənubi Pars" İranın ən böyük, dünyanın isə (Qətərlə şərikli) ən iri qaz yatağı hesab olunur. Yatağın ümumi qaz ehtiyatları təxminən 50 trilyon kubmetr qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO