Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

Hazırda oxunan: Rusiyadan Kropivnitskiyə kütləvi PUA hücumu: Ölənlər və yaralananlar var – FOTO

642325

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kirovoqrad vilayətini və Kropivnitski şəhərini 10 saatdan çox davam edən kütləvi PUA (dron) hücumuna məruz qoyub. Ərazidə ciddi dağıntılar qeydə alınıb, mülki şəxslər arasında həlak olanlar və yaralananlar var.

Bizim.Media xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin və Kirovoqrad Vilayət Hərbi Administrasiyasının rəhbəri Andrey Raykoviçin verdiyi məlumata görə, şəhərdə logistika mərkəzləri, anbarlar, sənaye müəssisələri, nəqliyyat infrastrukturu obyektləri, eləcə də yaşayış binaları və həyətyanı sahələr zərbələrə məruz qalıb. Bir neçə ünvanda güclü yanğınlar baş verib.

 

Region üzrə ümumilikdə 25 fərqli nöqtəyə zərbə endirildiyi bildirilir. Hücum nəticəsində 3 nəfər həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb (yaralılardan 5-i xəstəxanalara yerləşdirilib).


Xəbərdə həmçinin qeyd olunur ki, Rusiya qüvvələri Ukraynanın qərb regionlarını da hədəf alıb.

Xmelnitski və Lutsk şəhərlərində sənaye obyektləri, topdansatış anbarları və yanacaqdoldurma məntəqələri zərbələrə məruz qalıb, mülki itkilər qeydə alınıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO