Faiq Qəzənfəroğlu: ““Kitabi- Dədə Qorqud”x9d əsəri və yazarı Dədə Qorqud Türk fəlsəfəsinin ilk qaynaqlarından biridir”x9d

Faiq Qəzənfəroğlu: ““Kitabi- Dədə Qorqud”x9d əsəri və yazarı Dədə Qorqud Türk fəlsəfəsinin ilk qaynaqlarından biridir”x9d

Hazırda oxunan: Faiq Qəzənfəroğlu: ““Kitabi- Dədə Qorqud”x9d əsəri və yazarı Dədə Qorqud Türk fəlsəfəsinin ilk qaynaqlarından biridir”x9d

138830

Moderator.az xəbər verir ki, 25-27 may 2016-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı Şəhərində III Uluslararası Türk Araştırmaları Simpoziumu keçirilib. Türkiyənin Niğde Universiteti, Qazaxıstan Dövlət Qızlar Universiteti, M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti (BAU), Mahmud Kaşğari adına Bişkek Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Simpozumda Türk Cümhuriyyətlərinin (Qazaxıstan, Özbəkistan, Türkiyə, Azərbaycan, Türkmənistan, Başqırdıstan, Tatarıstan, Qırğızıstan və b.) elim adamları və araşdırmaçılar iştirak ediblər. Simpoziumda türk dünyasını maraqlandıran dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi, beynəlxalq münasibətlər, sahibkarlıq, idarəetmə və iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr aparılıb.

Simpoziumda AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu (Ələkbərov) ““Kitabi-Dədə Qorqud”x9d da əski Tanrıçılığın və Şamançılığın izləri”x9d mövzusunda məruzə edib.  Azərbaycan Türk alimi bildirib ki, bu günə qədər  “Kitabi -Dədə Qorqud”x9d əsəri və yazarı Dədə Qorqud fəlsəfədən və tarixdən uzaq tutulmuş, daha çox burada folklor, ədəbiyyat, dilçilik və az da olsa tarixi məsələlər araşdırılmışdır. Faiq Qəzənfəroğlu: “Özəlliklə, Azərbaycanda, Türkiyədə, bütünlükdə Türk Dünyasında “Kitabi -Dədə Qorqud”x9dun əsasən folklor əsəri olaraq qələmə verilməsi bu dəyərli əsərin fəlsəfi mənasını və yazarı Qorqud Atanın filosofluğunu kölgədə qoymuşdur. Şübhəsiz, Azərbaycan və Türküstanda “Kitabi- Dədə Qorqud”x9d əsərinin və Qorqud Atanın fəlsəfədən, eyni zamanda tarixdən uzaq tutulması siyasi motivlərlə bağlı olmuşdur. Ancaq nə yazıq ki, Azərbaycanın müstəqilik dönəmində yayınlanmış “Fəlsəfə”x9d adını daşıyan bir çox kitaplarda da “Kitabi- Dədə Qorqud”x9da fəlsəfi və tarixi bir əsər olaraq çox az diqqət yetirilir. Halbuki “Kitabi- Dədə Qorqud”x9d əsəri və yazarı Dədə Qorqud Türk fəlsəfəsinin ilk qaynaqlarından biri, bəlkə də birincisidir”x9d.

Faiq Qəzənfəroğlu bildirib ki, “Kitabi- Dədə Qorqud”x9dda da Türklərin ən əski dini-fəlsəfi təlimi olan Tanrıçılıq mühüm yer tutur: “Özəlliklə, Qorqud Atanın fəlsəfi baxış açısında önəmli yer tutan Tanrıçılığın Türk xalqlarının həyatında yeri və rolu araşdırılmalı, İslam diniylə bütövləşən bu fikirlərin başqa cəhətləri üzə çıxarılmalıdır. Şübhəsiz, Tanrıçılığın İslam diniylə hansı bənzər və fərqli cəhətlərinin olması, Türklərin əksəriyyətinin Tanrıçılıqdan nədən İslama yönəlməsi isə Türk fəlsəfəsinin, Türk fəlsəfə tarixinin araşdırma səbəbi olmalıdır”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO