“Gənclərə imkan yaratmaq bizim əsas vəzifəmizdir”x9d

“Gənclərə imkan yaratmaq bizim əsas vəzifəmizdir”x9d

Hazırda oxunan: “Gənclərə imkan yaratmaq bizim əsas vəzifəmizdir”x9d

138611
Son günlər Azərbaycan Yazıçılar Birliyində kitab təqdimatlarının sayı mütəmadi olaraq artıb. Ədəbi aləmdə heç tanınmayan şəxslər də tarixi qurumda kitablarının təqdimatını keçirir. Yazıçı Əsəd Cahangir də bu məsələyə toxunaraq, kitabı gözdən salmamaqdan ötrü hər adamın kitab təqdimatı keçirməsinə imkan verməməyi təklif edib. Bunun üçün qaydalar hazırlanması ideyasını irəli sürüb.

AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Moderator.az saytına açıqlamasında  bunun tam əksini söyləyib. Onun fikrincə, AYB-in işi elə kitab təqdimatlarını aktiv şəkildə həyata keçirməkdir:


“Azərbaycan Yazıçılar Birliyi elə həmin funksiyanı icra edir. Burada daha nə etmək olar ki?! Əsas işimiz kitabdır, kitab müzakirəsidir, yeni əsərlərin ərsəyə gəlməsinin təqdimatıdır. Yazıçılar Birliyi yazarların toplaşdığı qurumdur, onların yeni-yeni uğurlarının tanıdılmasıdır. Bütün yazarlar elə dünyaya məşhur gəlməyib ki, onların da dünəni, bu günü var. Bu qurum sırf onları təmsil etmir, onlarla yanaşı tanınmayan, gənc yazarların uğurlarının, yazdığı əsərlərin də tanıdılması, cəmiyyətə bəyan edilməsi gərəkdir. Bu birbaşa bizim işimiz, vəzifəmizdir. Biz onlar üçün imkan yaratmalıyıq. Əsərlərin səviyyəsinin düşməsi, yaxud da, gözdən düşməsindən isə söhbət gedə bilməz”x9d.

Fikrət Qoca sonda AYB-də Respublika günü ilə bağlı tədbirlərin keçirilməməsinə də münasibət bildirib:

“Respublika gününü biz dünən prezidentin dəvəti ilə təşkil olunan yığıncaqda qeyd etdik. Bu barədə  ətraflı danışıldı. Prezidentimiz çıxış edərək hamını 28 may Respublika günü münasibətilə təbrik etdi. 28 may Respublika gününü Azərbaycan Yazıçılar Birliyi də lazımınca qeyd edir. Bizim üçün çox vacib, önəmli olan bu bayramlar təbii ki, dövlət qurumlarında əsla unudulmur, hər il anılır. Onu da qeyd edim ki, dünən mənə Prezident tərəfindən dövlət mükafatı təqdim olunub”x9d. 


Kəmalə Yusifli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO