Azərbaycan Respublikası Konstitusiyası (63-cü maddəsində) hər kəsin təqsirsizlik prezumpsiyası hüququnu təsbit edir. Yəni, şəxsin hər hansı bir əməldə təqsirli olduğu ehtimallara söykənərsə, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası latın sözü olub ”“ “praesumptio innocential”x9d - təqsirin ehtimal olunması mənasını verir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası - ittiham olunanın təqsiri sübuta yetirilməyibsə O, günahsızdır”x9d - deməkdir.
Amma hüquqda başqa prezumpsiya da var, təqsirlilik prezumpsiyası. Bu, təqsirsizlik prezumpsiyasının əksi ”“ antipodudur. Təqsirlilik prezumpsiyası hazırda mülki və inzibati hüquq sahələrində müəyyən şəraitlərdə hüquq norması kimi istifadə edilir. Mülki hüquq sahəsində təqsirlilik prezumpsiyası iki qəbul edilən ”“ ehtimal olunanı birləşdirən ümumi anlayışdan ibarətdir. Cinayət mühakimə icraatında prezumpsiya - şəxsin günahı, təqsiri sübuta yetirilməyibsə təqsirli sayıla bilməz. İstənilən şəxs (açıq və rəsmi olaraq müəyyən cinayət növlərinə görə istintaq zamanı ittiham edilən, hətta bu ittihamla həbs edilənlər) qanuni qaydada təqsiri sübuta yetirilməyirsə və həmin sübut məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə təsdiq olunmamışsa o, mütləq günahsız sayılır. Şübhələndirilən və yaxud təqsirləndirilən hər bir şəxsin ifadə vermək hüququ olsa da, öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İttiham olunan şəxs istənilən ifadəni verə və ya ifadə verməkdən, habelə sualları cavablandırmaqdan imtina edə bilər. Bir qayda olaraq sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür.
Təqsirlilik prezumpsiyası ”“ şəxsin təqsiri hələlik sübuta yetirilməyibsə də o, təqsirli sayılır. İki prezumpsiya bir birindən çox fərqlənməsə də, müxtəlif hüquqi konsepsiyaya xasdırlar. Bəzi xarici alimlər ABŞ-ın Stenford Universitetinin professoru Herbert Pakker bunu Cinayət Hüququnun iki modeli adlandırmışlar. Onun bu ideyasını başqa bir professor Filipp Reyçel də davam etmişdir. Cinayət hüququnda prezumpsiyanın tətbiqi diskusiya doğuran prosedurdur. Beynəlxalq Konvensiyalar (İnsan Hüquqları Haqqında Avropa Konvensiyası ) və Milli Konstitusion Aktlar (Amerikanın hüquqlar haqqında Bill və ya RF-də) təqsirin prezumpsiyasının tətbiqini mümkün saymır.(Təqsiri ehtimal olunduğuna və güman edildiyinə görə) Lakin de fakto belə qadağalar bəzi qanunların qəbulu ilə təqsirsizlik prezumpsiyasını məhdudlaşdıran
qadağaları üstələyir. (məs. ABŞ-ın patriotik aktı şəxslərə ittiham elan olunmadan onların qeyri müəyyən müddətə tutulub saxlanılmasına imkan verir). Belə yanaşma təqsirlilik prezumpsiyasının həyata keçirilməsini bilavasitə reallaşdırır. Formal məntiq bir növ həm təqsirsizlik, həm də təqsirlilik prezumpsiyasının “geriyə”x9d yolunu göstərir; - şəxsin əməli sübuta yetirilməyibsə günahı yoxdur və ya günahı sübuta yetirilməyibsə də təqsiri var.
Məşhur Amerika hüquqşünas-komparativist (müqayisəli dilçi) Filipp Reyçel əvvəlki alimlərlə həmfikir olur. Reyçelə görə təqsirsizlik prezumpsiyası hakimiyyət üçün formal alətdir, ədalət mühakiməsini həyata keçirmək üçün isə bir növ doktrinal qadağadır.
“Ədalət mühakiməsi məhz belə qadağalarla bu və ya sair şəxslərin sübutlar təqdim edilmədən təqsirli sayılmasına və yaxud təqsirsizlik prezumpsiyasına aid qadağalara məhəl qoymadan şəxslərin təqsirli sayılmasına cəmlənir.”x9d Bu mülahizələr Reyçelin “Dünyanın cinayət hüquq sisteminin müqayisəsi”x9d kitabında əksini tapmışdır. Formal nöqteyi nəzərdən prezumpsiyaların ziddiyyət təşkil etməsi sübut etmə prosesi zamanı bəzən üçüncü imkanların mövcudluğu ilə bağlı olur. Eyni zamanda subyektin “təqsirsizliyinin və təqsirliyinin sübutu”x9d-na ehtiyac olmamalıdır. Daha dəqiq desək, hüquqşünas alimlər hüquqi praktikada bundan istifadə etməyi məsləhət görmürlər.
Digər alimlər də var ki, ümumi fikirdən çıxış edir, təqsirsizlik prezumpsiyasını cəmiyyət və hakimiyyət orqanları tərəfindən xüsusi müdafiə tələb edən hüquq elminin “isti kəşfi”x9d (ixtirası) adlandırırlar. Siyasi sistemin demokratik rejimdən avtoritar rejimə transformasiyası zamanı bu reqressiv tendensiya xarakteri alır, təqsirlilik prezumpsiyası əhəmiyyətini itirir, insan hüquqlarına riayət olunması və təqsirsizlik prezumpsiyası unudulmuş bir hal kimi yada düşür. Daha aydın ifadə etsək, təqsirlilik prezumpsiyası hakimiyyətin istənilən formasında və hakimiyyətsizlik şəraitində sağalmaz bir xəstəliyin pasiyentinə çevrilir, bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin simptomunu aradan qaldırmaq və müalicəsi üçün təqsirsizlik prezumpsiyasının tətbiqi dərman vasitəsi kimi çox vacibdir. “Dərman vasitəsindən”x9d istifadə dayanan kimi, bu xəstəlik daha təhlükəli formada irəliləyəcək. Bu baxımdan, Folkner Universitetinin dosenti Cozet Lester təqsirsizlik prezumpsiyasının bir mənalı şəkildə işlənməsinin tərəfdarı kimi çıxış edir. Əks təqdirdə onun yerini təqsirlilik prezumpsiyası tuta bilər ”“ deyir.
Antik dövrlərdə də təqsirlilik prezumpsiyasına yaxın tənqidi nəzəri mülahizələr səslənmişdir. İlk dəfə ingilis mütəffəkkiri Tomas Qobbs təqsirlilik prezumpsiyası ilə bağlı fikirlər işlətmişdir. (Böyük Britaniyada bu prinsipə 1394-1480-ci illərdə istinad edilib.) O, bu prezumpsiyanı qəbul edilməz sayır və ədalət mühakiməsindən yayınanlara bunu aid etmək olmaz - deyirdi. Digər ingilis hüquqşünası (XVI-XVII) Edvard Kuk təqsirlilik prezumpsiyasını ittihamdan yayınan və sonradan bəraət almış şəxslərə şamil etməyi məqsədə uyğun hesab etmirdi. Onun təqsirsizliyinə baxmayaraq daşınmaz və
daşınan əmlakının müsadirəsinə, əmlak və qeyri-əmlak münasibətlərinə ittiham yönəlməlidir ”“ deyə fikrini tamamlamışdır. Belə təcrübə uzun müddət ingilis məhkəmələri tərəfindən hüquq norması kimi qəbul olunmuşdur. Fəlsəfi ”“ hüquqi konsepsiya kimi (qanunvericilikdə təsbit edilmiş hüquq norması kimi yox) XVIII əsrdə və XIX əsrin əvvəllərində təqsirlilik prezumpsiyası Britaniya hüquqşünaslarının əsərlərində təqsirsizlik prezumpsiyasının antipodu kimi qələmə alınır. Belə yanaşma, cinayət mühakimə icraatında qəbul olunmaz model olaraq rədd olunurdu. Tədricən Afrika və Latın Amerikasında təqsirsizlik prezumpsiyasının qəbul olunması ABŞ-da ciddi məsələ kimi diqqət çəkməyə başladı. Bu, daha çox vətəndaş müharibəsi bitdikdən sonra aktuallığa çevrildi. Amerika qara dərilərinin hüququnun müdafiəsinə, həmin əhalinin hüquqları uğrunda mübarizəyə qalxan Federik Duqlas 1883-cü ildə yazırdı:
“Amerikada köləliyin ləğvindən sonra Amerika məhkəmə sisteminin ən mühüm prinsipi olan “məntiqli şübhə”x9d (Reasonable doubt) yalnız ağ dərili müttəhimlərə şamil olunurdu, asiyalılar bu prinsipdən faydalana bilməzdilər. Barələrində həbs, qətimkan tədbiri seçilmiş şəxslərə təqsirsizlik prezumpsiyasından istifadəyə çətinlik yaranırdı. Müdafiəçi təqsirsizlik prezumpsiyasının müdafiəsi altında olan belə şəxslərin, azad olunmasına cəhd edə bilməzdi.”x9d
Keçmiş SSRİ-də təqsirsizlik prezumpsiyası prinsipi Sovet dövlət xadimi, diplomat və məşhur hüquqşünas Vlşinskiy Andrey Yanuaroviçin işlədiyi Stalin represiyası dövrünə təsadüf edir. Həmin illərdə A. Y. Vişinskiy “xalq düşmənlərinə qarşı”x9d Stalin repressiyasına bəraət qazandırdı. Çünki o, bu işdə daha aktiv rol oynamışdır. Aşağıdakı tezis də ona məxsusdur: “Təqsirləndirilən şəxsə bəraət qazandıran şəraitin sübut olunma ağırlığını və yükünü özü daşımalıdır.”x9d Yəni təqsirsizliyini özü sübut etməlidir. Müasir dövrün mülki hüququnda təqsirsizlik prezumpsiyasının anlayışı altında prezumpsiyanın iki əsası önə çəkilir:
* Yüksək təhlükə mənbəyi ilə mülkiyyət sahibinə ziyanın yetirilməsinə aid təqsirlilik prezumpsiyası;
* Öhdəliyin icra olunmamasına görə təqsirlilik prezumpsiyası. (yəni, öhdəliyin yerinə yetirilmədiyinə görə təqsirin olmaması başa düşülür.) Öhdəliyə cavabdeh olan şəxs bütün imkanları ilə çalışır ki, vəzifəsini icra etsin, amma iradəsindən asılı olmayan səbəblərə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə, bunu sübut etməlidir. Daha doğrusu öhdəliyi lazımi qaydada yerinə yetirə və yaxud ümumiyyətlə icra edə bilməyən şəxslər bunun üçün məsuliyyət daşıyır. Lakin, əgər onun təqsiri müəyyən səbəblərdən aradan qalxıbsa və bunu sübut edə bilərsə, bu halda təqsirsizdir.
Son illərdə cinayət hüquq normalarında təqsirin texniki prezumpsiyasına da rast gəlmək olur. Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizədə, sübut növlərinin təhlilində və cinayət törədənlərin ifşa olunmasında texniki imkanlardan - video”“audio qurğularının quraşdırılması, yüksək texniki - təchizat nəticəsində mübarizənin uğurları özünü təsdiq edir. Audio və video müşahidə kameraların, texniki vasitələrin köməyi ilə
şəxslərin səslərinin və digər əhəmiyyət kəsb edən halların tanınması təqsirin texniki prezumpsiyasının təcəssümü, təsdiqidir.
İttiham tərəfi texniki vasitələrin köməyi ilə təqsirkarı fakt qarşısında qoyur, təqsirli tərəf isə özünün günahsızlığını sübut etməyə çalışsa da, ittiham tərəfi ilə arasında olan vizual əlaqə itir, ifşa olunan belə şəxslər “qara otaqlarda”x9d texniki vasitələrin ”“ dinamiklərin gücü ilə prosesi izləyəcək və ittihamı dinləməli olacaqlar. Burada diqqət çəkən hal ondan ibarətdir ki, yalnız şahid ifadələri məhkəmələr üçün qane edəcək sübut növü kimi qəbul olunur. Nanotexnikanın gücü çərçivəsində “həbs və axtarış”x9d üçün kifayət qədər əsas verən şahid ifadələrinə artıq ehtiyac qalmayacaq - texniki vasitələrin əks etdiyi görüntülər axtarışa və həbsə orderin verilməsinə prosesual imkan verəcək. Müasir, sivil innovativ prioritetlər kimi qəbul edilən nanoetik və nanotexnika (innonativ texnologiyanın etik tənzimlənməsi) qaydaları cəmiyyətin təhlükəsizliyinə yönələn yeni vasitələrdir. Təqsirin prezumpsiyası, daha dəqiq ifadə etsək təqsirlilik prezumpsiyası təkcə hüquq sahələrinin deyil, bəzən fantastik yazı müəllifləri üçün də əsas mövzuya çevriləcək.
Əgər müdafiə tərəflərinin ilkin istintaq, hətta məhkəmə istintaqı zamanı müdafiə üçün kifayət edilən vəsatətləri ortalığa çıxarsa, ittiham olunanın təqsirsizliyi üçün obyektiv hallar irəli sürülərsə, təqdim olunan sübutların fövqündə sübut etmək vəzifəsi məhkəmənin və digər dövlət orqanlarının üzərinə düşür. Məs: Əgər təqsirləndirilən şəxsin müdafiə xarakterli “Alibi”x9d nin olması irəli sürülərsə nə hakim, nə də ittiham tərəfi “Alibi”x9dni təkzibolunmaz sübutlar və həqiqətə uyğun olmayan hal kimi rədd edə bilməzlər. İctimai təhlükəli əməlin törədilməsində təqsirkarın iştirakını istisna edən hal “Alibi”x9d ”“ başqa yerdə olma, şəxsin əməlini rədd edən obyektiv şəraitin olması mənasını verir. Eyni halı iqtisadi cinayətlərə də şamil etmək olar. Təqsirkar təqsirsizliyini sübut etmək üçün məhkəmə - mühasibat ekspertizasının keçirilməsini tələb edərsə, məhkəmə həmin vəsatəti təmin etməyə borcludur.
Qeyd olunan mülahizələrə söykənərək cinayət mühakimə icraatında qərar tutan və ölkə konstitusiyasında təsbit olunan müddəalara əsaslanaraq, şəxsin təqsirli olduğuna yönələn bütün şübhələr (istintaq zamanı meydana çıxan yarımçıq sübutlar, qanunsuz yolla toplanan sübutlar, sübutların toplanması qaydalarına zidd olan sübutlar) məhkəməyədək olan müddət ərzində müəyyən olunmuş qaydada aradan qalxmazsa, məhkəmə bu şübhəli əsaslarla toplanan sübutları sübut növü kimi qəbul etməməli, təqsirləndirilən məsuliyyətdən azad və onun təqsirsiz sayılması barədə məhkəmə aktı qəbul edilməlidir. Müxtəlif ölkələrin qanunvericiliyində bu müddəa başqa cür yazılsa da, Azərbaycan Respublikasının Konstitusiyasında bitkin müddəa kimi əks olunmuşdur.
Məhkəmənin ittiham hökmü ehtimallara, istintaqın və hakimin tapmaca xarakterli düşüncələrinə əsasən qəbul edilə, şahidlərin mənbəyi bəlli olmayan ifadələrinə, söz yığnağından ibarət mülahizələrə uyğun da elan oluna bilməz.
Dövlətin vəzifəsi məhkəmələrin müstəqilliyini təmin etməkdən ibarətdir. Məhkəmələr şəxslərin ittiham olunması üçün cinayət təqibi orqanına çevrilməməli, nə müdafiə, nə də ittiham tərəfində çıxış və onların funksiyalarını icra etməməlidir. (nə qismən, nə də tam) Məhkəmələr həmçinin prosesin bütün mərhələlərində müstəqilliyini, qərəzsizliyini, obyektivliyini, ittihamın hərtərəfli və qanuna əsaslanaraq baxılmasına səy göstərməli, qərar qəbul edərkən ittihamdan kənara çıxmamalıdır. Daha obrazlı ifadə etsək məhkəmələrə yönələn tələb ondan ibarət olmalıdır ki, dövlətin adından çıxarılan qərar qanuni qüvvəsini alana və təqsirləndirilənin günahı sübut olunana qədər şəxsin müqəssir olmaması barədə proses iştirakçılarını təlimatlandırılmalı, onlara təqsirsizlik prezumpsiyasının mənası çatdırılmalıdır. Təbii, peşəkar hakimlər üçün prezumpsiya əhəmiyyət kəsb edir. Onlar peşəkar vəkillərin vəsatətlərini diqqətlə nəzərdən keçirir və prosesdə nəzərə alırlar.
Şəmsəddin Əliyev


































































































