Xaçmazda Zəfər doğuldu – FOTO  

Hazırda oxunan: Xaçmazda Zəfər doğuldu – FOTO  

135615

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində Vətən Müharibəsi qazisi Zeynal Məmmədovun oğlu dünyaya gəlib.

Vətən Müharibəsində Daxili Qoşunların çavuşu kimi Qubadlı-Şuşa istiqamətində gedən intensiv döyüşlərdə iştirak edən Zeynal Məmmədov körpəni 44 günlük tarixi qələbəmizin şərəfinə Zəfər adlandırıb. 
Vətən Müharibəsi qazisi, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov yeni doğulan qazi övladının eksklüziv fotosunu Bizim.Media-ya təqdim edib. 






Aytəkin Alxaslı,Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO