Qənirə Paşayeva ŞKTC-nin baş naziri və parlamentin spikeri ilə görüşdü  -Foto

Qənirə Paşayeva ŞKTC-nin baş naziri və parlamentin spikeri ilə görüşdü -Foto

Hazırda oxunan: Qənirə Paşayeva ŞKTC-nin baş naziri və parlamentin spikeri ilə görüşdü -Foto

135231

Türk Dünyasının problemləri ilə bağlı ŞKTC-də konfrans verən millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siper ilə görüşüb. Millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siper ilə görüşlərdə dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib.xa0

Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir.xa0

Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı”x9d yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb. Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siper Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran ŞKTC-nin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siper ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından,xa0

Azərbaycan torpaqların 20 faizinin hələ də Ermənistanın işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduqlarını deyən ŞKTC-nin baş naziri Hüseyin Özgürgün və parlamentin spikeri Sibel Siper beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib.

xa0Azərbaycanla bağlı gözəl fikir və duyğularından dolayı təşəkkür edən millət vəkili Qənirə Paşayeva AŞPA-da bir neçə il bərabər çalışdığımız həmkarımızın baş nazir seçilməsindən məmuniyyət duyduq və təbrik edirik deyib. Hüseyin Özgürgün Azərbaycanı çox sevdiyini və qardaş ölkə ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verəcəklərini deyib. Görüşlər zamanı Xocalı Soyqırımı barədə ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva ŞKTC-nin baş naziri hüseyin Özgürgün və parlamentin spikeri Sibel Sipere həmmüəllifi olduğu “Karabağ hikayeleri”x9d kitabını, Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib.

xa0Görüşlər zamanı ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrlə də bağlı fikir mübadiləsi olub. Onlar sizə əmanətdir ddeyən millət vəkili Q.Paşayeva baş nazir və spikerdən azərbaycanlı təbələrin ortaya çıxan problemlərinin həllində hər zaman dəstək olmağı xahiş edib və bu istiqamətdə həssaslıqları üçün təşəkkür edib.
Qənirə Paşayeva ŞKTC-nin baş naziri və parlamentin spikeri ilə görüşdü <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12742.jpg">Qənirə Paşayeva ŞKTC-nin baş naziri və parlamentin spikeri ilə görüşdü <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12743.jpg">Qənirə Paşayeva ŞKTC-nin baş naziri və parlamentin spikeri ilə görüşdü <i style= -Foto" src="//old.moderator.az/fotobaza/original/12744.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO