Astanadakı Mirzoyan kücəsinin adını Azərbaycan prezidentinə görə dəyişiblər?

Astanadakı Mirzoyan kücəsinin adını Azərbaycan prezidentinə görə dəyişiblər?

Hazırda oxunan: Astanadakı Mirzoyan kücəsinin adını Azərbaycan prezidentinə görə dəyişiblər?

132516
"Gec də olsa ədalət öz yerini tapdı, Qazaxıstanın Astana şəhərindəki Levon Mirzoyan kücəsinin adı dəyişdirildi.  Həmin küçə bundan sonra Qazaxıstan Elmlər Akademiyasının ilk prezidenti olmuş akademik Kanış Satpayevin adını daşıyacaq.  Levon Mirzoyan kimilərin məhv etməyə macal tapmadıqları dəyərli bir qazax ziyalısının". 

Moderator.az-a bu barədə deputat Sahib Əliyev Qazaxıstan mətbuatına istinadən məlumat verib. 

Xatırldaq ki, öncə Azərbaycanda, sonra da Qazaxıstanda Kommunist Pariyasının birinci katibi vəzifələrində çalışmış Levon Mirzoyan zamanında özünün qaniçənliyi, müsəlman və türk düşməni olmasıyla ad çıxarıb. Qazaxıstanda birinci katib vəzifəsində çalışarkən Stalinə 3 min ziyalının öldürülməsi ilə bağlı siyahı göndərib. Stalinin razılığını aldıqdan sonra bu erməni cəlladı "planı" artıqlamasıyla yerinə yetirib. Üç min əvəzinə 4 min qazax ziyalısını güllələtdirib. Ötən əsrin otuzuncu illərinin əvvəllərində iki milyona yaxın insanın aclıqdan öldüyü, əhalinin 48%-nin köçüb getdiyi Qazaxıstanda üstəlik ermənilər  terror da həyata keçirib. 

Qeyd edək ki, Qazaxıstandakı erməni diasporu Mirzoyan küçəsinə K.Satpayevin adının verilməsindən narazı qalıb. Ermənistanda isə Azərbaycanın dövlət başçısının istəyilə belə bir addımın atılmasını iddia ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO