Abdulla Gül Rəcəb Tayib Ərdoğana çağırış etdi.
Qısa zamanda Rusiya ilə münasibətləri normallaşdır.
Moderator.az xəbər verir ki, Türkiyənin sabiq prezidenti Abdulla Gül Ankaraya-Moskva ikitərəfli münasibətlərini bacardıqca qısa zamanda normallaşdırmağa çağırıb. “Mən bir siyasətçi kimi uzun illər Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə çaba sərf etmişəm. Bu münasibətlər hər iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Münasibətlərin normal olması eyni zamanda Avrasiya məkanında sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Odur ki, vaxt itikisinə yol vermədən Türkiyə-Rusiya münasibətlərini normallaşdırmaq üçün və hətta əvvəlki vəziyyətə qaytarmaq istiqamətində fəaliyyəti gücləndirmək lazımdır”x9d ”“ deyə sabiq prezident vurğulayıb.
Sabiq prezident onu da əlavə edib ki, Rusiya Türkiyə arasında münasibətlərin normal məcraya dönməsi regiondakı vəziyyətə öz müsbət təsirini gösərəcək.
NATO və Rusiya arasındakı münasibətlərə toxunan A.Gül təəssüflə qeyd edib ki, əvvəllər NATO ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsi istiqamətində səylər göstərilsə də, bu uğurlu nəticə vermədi, əksinə mövcud münasibətlər təhlükəsizliyin təmin olunmasına daha ciddi problemlər yaratdı.



































































































