Əkrəm Əylisli “Daş yuxular”x9da görə ölkədən buraxılmayıb...

Əkrəm Əylisli “Daş yuxular”x9da görə ölkədən buraxılmayıb...

Hazırda oxunan: Əkrəm Əylisli “Daş yuxular”x9da görə ölkədən buraxılmayıb...

129308

Yazıçı Əkrəm Əylislinin martın 30-da səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılmasının detalları məlum olub. İlkin məlumatda bildirilirdi ki, yazıçı Venesiyada keçirilən kitab festivalına getmək istəyirmiş. Yazıçı saat 5:19-da 613 saylı reyslə Frankfurta uçmalı imiş. 

Ə.Əylislinin həyat yoldaşı Qalina Əylisli bildirib ki, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb. Q.Əylisinin dediyinə görə, Əkrəm Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə mediaya açıqlamasında Əkrəm Əylislinin saxlanması faktını təsdiq edib. O, bildirib ki, Ə.Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hüquq-mühafizə orqanlarının  verdiyi məlumatda yazıçının Almaniyaya uçduğu təsdiqlənib. Mənbə bildirib ki, oğlu İlyas Əylisli orada tədbirdə iştirak etməli imiş. Ancaq bir neçə il öncə yazdığı və geniş rezonansa səbəb olan “Daş yuxular”x9d romanına görə yazıçının ölkədən çıxmasına “stop”x9d qoyulduğundan, onu ölkədən buraxmayıblar. Yazıçı Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə mübahisə edib. DSX əməkdaşları akt tərtib edərək onu polisə təhvil veriblər. Yazıçının oğlu ölkəni tərk etsə də, özünü bir qədər saxladıqdan sonra sərbəst buraxıblar. (Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO