Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO 

Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO 

Hazırda oxunan: Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO 
128460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi polkovnik Şükür Həmidovun doğum günü münasibətilə anım mərasimi keçirilib. Şəhid zabitin məzarı ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimdə nazirliyin bir qrup zabiti, Qubadlı Rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Mədəniyyət Evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və məktəblilər iştirak ediblər. 

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Anım tədbirində qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, xüsusilə də Aprel döyüşləri və Vətən müharibəsi zamanı göstərdiyi şücaət və igidliyindən danışılıb. 

Şükür Həmidovun qəhrəmanlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi, müxtəlif orden və medallara təltif olunduğu xüsusi vurğulanıb. 

Milli Qəhrəmanın atası Nəriman Həmidov çıxış edərək oğlu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Övladının xatirəsinin daim əziz tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. 

Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO  - foto 1
Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO  - foto 2
Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO  - foto 3
Milli Qəhrəman Şükür Həmidov anıldı - FOTO  - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO