Dövlət Komitəsi telekanalları sərt TƏNQİD ETDİ - FOTO

Hazırda oxunan: Dövlət Komitəsi telekanalları sərt TƏNQİD ETDİ - FOTO

127775

"Bu gün telekanalların sosial verilişlərində insanların şəxsi həyatları açıq-aşkar efirə verilir. "Xəzər", "ATV" və "ARB" də yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə onu inkişaf etdirirlər, reytinq xətrinə özlərinə xeyir verən istiqamətdə şounu davam etdirirlər".

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə qeyd edib.

O, bu yaxınlarda belə hadisəyə görə "Xəzər" TV-dəki verilişə zəng edib, mövzunu dayandırmağı tələb etdiyini qeyd edib: 

"Xəzər" TV-də yayımlanan verilişdə qaynata boşanmış gəlininə uşaqları verməmək üçün qadına müxtəlif şər atır. O qadın boşanıb və hər kəslə görüşə, yenidən ailə həyatı qura bilər. Onun səs yazılarını, şəkillərini efirdə göstərirlər. Mən efirə zəng edib bunu dayandırmalarını bildirdim. İnsanın şəxsi həyatına efir müdaxilə etməməlidirlər. Təəssüf ki, reytinq xətrinə televiziyalarımız şou yaradırlar. Buna ehtiyac yoxdur. Şəxsi həyata müdaxilə etməyə heç kimin ixtiyarı yoxdur"- deyə komitə rəsmisi əlavə edib.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO