Son illər “Hepatit C”x9d xəstəliyinə tutulanların sayı durmadan çoxalır. Bunun hansı səbəbdən yaranması bir o qədər də önəmli deyil. Onsuz da həkimlər müxtəlif xəstəliklərin yayılması barədə bir-birinə zidd olan fikirlər söyləyirlər. Bütün bunlara baxmayaraq, ölkəmizdə insanların sağlamlığı dövlətin diqqət mərkəzindədir. Hər il dövlət başçısının sərəncamı ilə ölkə vətəndaşları pulsuz həkim müayinəsindən keçir. Bu hal demək olar ki, hər il davam etdirilir. Hətta, bəzi xəstələrə, məsələn, şəkər xəstələrinə dərmanlar pulsuz verilməlidir! O cümlədən, “Hepatit C”x9d xəstələrinə də dərmanlar pulsuz verilməlidir! Bəli verilməlidir! Lakin, gəlin görək verilirmi? Bəs kim verməlidir?!
Bakı şəhərində yaşayan şəhid anası Rüxsarə Məmədova uzun illərdir ki, “Hepatit C”x9d xəstəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyadan da qeydiyyatdan keçib. Şəhid anasına deyiblər ki, get gözlə, sənə pulsuz dərman veriləcək. “Hepatit C”x9d xəstəsinin gözləri bir ildən artıqdır ki, yollarda qalıb. Nə gələn var, nə də pulsuz dərman gətirən. Deyilənə görə, bu dərmanlar çox bahalıdır. Şəhid anası deyir ki, hər 3 aydan bir Tehrana gedir və həmin dərmanları çox baha qiymətə alır. Ancaq 2015-ci ildə şəhid anası Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyadan (Semaşko xəstəxanasında) qeydiyyatdan keçməsinənə baxmayaraq, hələ də pulsuz dərman verilməsi barədə heç bir ümidverici məlumat yoxdur. Deyəsən, “Hepatit C”x9d xəstələrinə pulsuz dərman verilməsi artıq nağıla çevrilib. Bütün bunlar yalnız xəyal və kimlərinsə yanında lovğalanmaqdan başqa bir şey deyimiş. Söz yox ki, bu dərmanların alınması üçün dövlət tərəfindən vəsait də köçürülüb. Bəs dərmanlar hara getdi, kimlərə verildi? Təbii ki, dərmanların pulsuz verilməsi barədə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyada daşdan keçən sənədlər var. Bəs dərmanı alan xəstələr kimdir? Guya Azərbaycanda ilk dəfə olaraq, hepatit virusundan əziyyət çəkən xəstələrə pulsuz dərmanların paylanmasına başlanılıb.
Mən, hələ bir il bundan əvvəl Səhiyyə Nazirliyində yaradılan “Hepatit B və C”x9d virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiyanın sədr müavini Həqiqət Qədirovanın açıqlamasını sizə təqdim edirəm: “Bu proses cari ilin (yəni 2015-ci ilin, E.H,) yanvar ayından etibarən tətbiq olunur. Bütün dünyada “Hepatit B və C”x9d virusuna yoluxma halları son illər artıb. Bu xəstəliklərin müalicəsində xüsusi dərman preparatları tətbiq olunur və onların istifadəsi üçün uzun müddət nəzərdə tutulur. Məsələn, bu müalicə “Hepatit B”x9d üçün 6 ay, “Hepatit C”x9d üçün 6 aydan 1 il yarıma kimi ola bilər. Bu da müəyyən həcmdə məbləğ tələb edir”x9d.
O deyib ki, bəzi xəstələrin buna imkanı çatmadığını nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın vəzifələrindən biri də “Hepatit B və C”x9d virusuna yoluxan xəstələrin pulsuz dərmanlarla təmin edilməsidir. Dərmanlar bahalı olduğundan onun alınaraq pulsuz şəkildə xəstələrə verilməsi komissiya tərəfindən icra olunur”x9d.
Komissiya rəsmisi əlavə edib ki, bu günə kimi təxminən 300-ə yaxın insan komissiyaya müraciət edib. H. Qədirovanın sözlərinə görə, onların müayinələrinin nəticələri araşdırılıb, əlavə lazım olan müayinələr aparılıb.(Görəsən müayinəsi aparılan xəstələr kimdir?!-E.H.) Nəticədə müalicəyə ehtiyacı olsan xəstələrin siyahısı hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub: “Artıq Səhiyyə Nazirliyi tərəfindən pulsuz paylanan dərmanlar ölkəyə gətirilib.(Əgər gətirilibsə, bəs bu dərmanlar kimlərə verilib?-E.H.). Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan metodik göstərişlərə uyğun olaraq bu xəstələrə dərmanların verilməsinə başlanılıb".xa0
Hansı ölkədə, bizim ölkəmizdəmi?xa0
Komissiya rəsmisi H. Qədirovanın deməsinə görə, Səhiyyə Nazirliyi tərəfindən “Hepatit B və C”x9d xəstələrinə pulsuz dərman verilməsi prosesi Klinik Tibbi Mərkəzdə təşkil olunub. Orada həm də ilk dəfə müraciət edən xəstələrin qəbulu aparılır: "Müvafiq siyahı üzrə sənədlər təqdim edilir, 2 həftə ərzində sənədlərə baxılaraq müvafiq qərar çıxarılır. Qərar çıxarılandan sonra xəstələr həmin dərmanları oradan pulsuz şəkildə həkimin göstərişi ilə alırlar. Müşahidə tələb olunan xəstələr stasionarda saxlanılır, qalanları isə ambulator şəkildə yaşadıqları yerlərdəki müvafiq poliklinikalarda həkim nəzarəti altında dərmanları qəbul etməyə başlayırlar”x9d. Bəs il yarımdır zəng, çağırış, dərman gözləyən şəhid anası Rüxsarə Məmmədova nə vaxt yada düşəcək? Ona kim pulsuz dərman verəcək və nə vaxt verəcək?
Bu yalanlar kimin üçündür? Bu yalanlar neçə il davam edəcək?
H.Qədirova deyib ki, pulsuz dərmanlar müəyyən etaplarda ölkəyə gətiriləcək. Komissiyanın sədr müavini bildirib ki, 2015-ci ilin yanvarın dan bu partiya dərmanlar artıq xəstələrə paylanılır. Əlavə dərman lazım olduqda siyahı tərtib olunacaq və Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən vaxtaşırı müvafiq miqdarda dərmanlar ölkəyə gətiriləcək.
İndi soruşmaq istərdik ki, ay Həqiqət xanım, “Hepatit C”x9d xəstələri üçün gətirdiyiniz pulsuz dərmanları kimə vermisiniz? Axı, şəhid anası Rüxsarə Məmmədova il yarımdır ki. Sizin dərmanların yolunu gözləyir. O, xanım dünyasını dəyişəndən sonra gətirilən dərmanlar kimə lazımdır? Axı, bu dərmanların pulu sizin və rəhbərliyinizin cibinizdən yox, dövlətin büdcəsindən ayrılıb. Niyə dövlətin büdcəsindən ayrılan vəsait hesabına alınan dərmanlar bu dövlətin vətəndaşlarına verilmir?
Emin Həsənli








































































































