"Bu uşaqları bağçaya qətiyyən qəbul etmək olmaz"

Hazırda oxunan: "Bu uşaqları bağçaya qətiyyən qəbul etmək olmaz"

127017
Yaz aylarında allergiya, qrip və s. tipli xəstəliklərin artdığını nəzərə alıb valideynlər uşaqlara, xüsusən də azyaşlı uşaqlara diqqəti artırmalıdırlar. Təəssüflər olsun ki, bəzi valideynlər uşaqlara gərəkəndən daha az diqqət göstərirlər. Hətta uşaqları xəstə olduqda belə uşaq bağçasına, məktəbə göndərməkdən çəkinmirlər. Bağçada xəstə uşağın sağlıq durumu pisləşəndə də bağça müəllimlərini və ya bağçada verilən qidaları günahkar bilirlər. Bəs görəsən hansısa xəstəliyə yoluxmuş uşaqların uşaq bağçalarına göndərilməsi nə qədər doğrudur? 

Moderator.az bu sualını Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva cavablandırıb. 

Ekspert uşaqların xəstə olduqları zaman uşaq bağçalarına verilməsinin qəti qadağan olduğunu bildirib: “Əksər valideynlər işlərinin çox olmasını səbəb gətirərək, övladlarını uşaq bağçalarına səhər aparıb, axşam götürməklə vəzifələrini bitmiş hesab edirlər. Çox təəssüf ki, onların çoxu uşaqlarının bir neçə saat müddətində hansı şəraitdə qaldıqları ilə heç maraqlanmırlar. Bağçaların əksəriyyətində uşaqların hamısının günü demək olar ki, ümumi dərs və ya əyləncə zallarında keçir. Belə olan şəraitdə də həmin mühitdə hər hansı bir uşağın infeksiyon virus daşıyıcısı kimi oraya gəlməsi təbii ki, digər uşaqların da yoluxmasına səbəb olur. Ona görə də ilk növbədə burada məsuliyyət valideyinlərin üzərinə düşür. Əvvala, hər bir valideyn uşağı xəstə olduqda, nə qədər vacib işi olsa belə təxirə salmalı, uşağına sağalana qədər özü ev şəraitində qayğı göstərməlidir. Uşağı xəstə vəziyyətdə bağçaya aparmaq  qəti qadağandır. Çünki bu hal həm xəstə uşağın özünün, həm də digər uşaqların sağlıq durumuna mənfi təsir göstərər. Xəstə uşağa ana tərəfindən evdə xüsusi qayğı göstərildiyi zaman ona vaxtlı-vaxtında dərmanların verilməsi,  xüsusi qidaların, yeməklərin ayrıca bişirilməsı və təmiz gigiyenik şəraitin olması son dərəcə vacib amillərdir ki, bu da yalnız ev şəraitində mümkündür. Uşaq tam sağaldıqdan sonra da bir neçə gün daha ev şəraitində baxılmalıdır”x9d. 

A.Bəndəliyeva onu da vurğulayıb ki, belə hallarda müəllimlər də diqqətli olmalıdırlar: “Bu məsələyə bağçada müəllimlər də ciddi nəzarət etməlidir. Qızılca, su çiçəyi, qrip kimi yoluxucu xəstəliklərin daşıyıcıları olan uşaqları qətiyyən bağçaya qəbul etmək olmaz. Bağçadakı pediatrlar uşaqların müalicə və peyvənd məsələləri ilə mütləq maraqlanmalıdırlar. Bağçada fəsildən, mövsümdən asılı olmayaraq hər gün ciddi şəkildə müəllimlərin də sağlamlıqları və ümümi sanitar-epidimioloji vəziyyət yoxlanılmalıdır. Bağçada uşaqlara verilən qidalara çiddi nəzarət olmalıdır ki, qidalar ekoloji cəhətdən təmiz məhsullar olsun”x9d.

Rumiyyə  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO