“Jirnovskiyə dedim ki, gəl şəkil çəkdirək”x9d

“Jirnovskiyə dedim ki, gəl şəkil çəkdirək”x9d

Hazırda oxunan: “Jirnovskiyə dedim ki, gəl şəkil çəkdirək”x9d

126438
Kirpiyin kölgədir yanaqlarında,
Baxsam gizlədəcək təbəssümünü.
Fikrim dolaşığa düşsə saçında,
Açacaq ilişən qəfil düyünü.

Bu şeirin müəllifi Ədalət Eşqinlə eyni kənddənik. Amma bu qədər vaxtı o, Moskvada mən isə kənddə yaşamışıq. Buna görə də bir-birimizi görmək imkanımız olmayıb. Elə bu rayonda görüşməyimizə qərar verdik. Evinin yanına çatanda üstümə hürən dörd-beş itə görə içəri keçə bilmirəm. Zəng vururam. Gəlib məni qarşılayır: “Mənim itlərimdi. Hər gün şirniyyat alıram bunlara yedizdirməyə”x9d - deyir.

- Ədalət müəllim, işləriniz necədi? Keçən dəfə gəldim, amma sizi görə bilmədim. Dedilər ki, Moskvadasınız.

- İşlərim yaxşıdı, çox şükür! Hə, düzdü, demişdilər gəldiyini. Onda mən Moskvada idim. Bilirsən də, bir ayağım burda, bir ayağım Moskvadadır. İki oğlum Moskvada yaşayır. Onları tək qoya bilmirəm, tez-tez baş çəkirəm onlara.

- Siz bu qədər iş-güclə hələ üstəlik, yaradıcılıqla məşğul olursunuz. Gəlin, bir az əvvələ qayıdaq. Yaradıcılığa necə başladınız?

- Doğrusu, orta məktəbdə oxuduğum vaxtlarda şeir yazırdım. Biz ailədə dörd bacı, beş qardaş olmuşuq. Ailədə hamımız ali təhsil almışıq. Qardaşım Rüstəm Şahbazov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavinidir. Bir qardaşım Şahbaz skripka ustasıdır. Əvvələr Ağadadaş Ağayevin ansamblında idi, indi isə konservatoriyada müəllim işləyir. Qardaşım Teymur sahibkarlıqla məşğuldur. Kiçik qardaşım Vüqar isə saz ifaçısıdır.

Elə orta məktəb dövründə həm də rayonda musiqi məktəbinə gedirdim. Musiqi məktəbində tar sənətinə yiyələndim. Mən şeiri də zümzümə edə-edə yazmağa başladım.

- Hansı ədəbi dərnəyə getmisiniz?

- O, vaxt elə bir dərnək yox idi, ona görə heç bir dərnəyə getməmişəm. Şeirlərimi rayonda olanda heç bir qəzetdə dərc etdirə bilmədim, doğrusu, dərc etmədilər. Şeirlərimi götürüb getdim “Azərbaycan”x9d nəşriyyatıına. “Azərbaycan gəncləri”x9d qəzetinin poeziya şöbəsində işləyən bir nəfərə “Seygah”x9d şeirimi oxudum.

Bilmirəm dərdlisən sən nədən belə,
Muğamın ağlayan anası, Seygah.
Uyudum laylalı şirin səsinə,
Arzu ümmanımın sonası, Seygah...

Şeirimə qulaq asan həmin adam mənə dedi ki, Ədalət, kənddəsən, get elə orada qoyunlarını otar. Bu söz mənə çox pis təsir etdi. 1972-ci ildə hərbi xidmətə yollandım. İki illik hərbi xidmətdən sonra kəndimizdəki zavodda hüquq məsləhətçisi kimi işə başladım. Bununla yanaşı, sənədlərimi Bakı Dövlət Universitetinin hüquq fakülitəsinə verdim. 1983-cü ildə BDU-nin hüquq fakülitəsini bitirdim.

- Ədalət müəllim, sizin muğam diskləriniz də çıxıb. Bəs oxumağa necə başladınız?

- Oxumaq bizdə nəsildən gəlir. Atamın yaxşı səsi olub. Bir dəfə Sabir Mirzəyev kəndimizə toya gəlmişdi. Orada atam muğam oxuduğuna görə Sabir Mirzəyev atamın üzündən öpmüşdü.

- Siz, Rusiya və Azərbaycan ədəbiyyatının günəşi hansı şairləri hesab edirsin?

- Mənim üçün Rusiya ədəbiyyatının günəşi S.A.Puşkin, Azərbaycan ədəbiyyatının günəşi isə Mikayıl Müşfiqdir.

- Ədalət müəllim, sizin din haqda da fikirləriniz var...

- Orta məktəb bizə bütün elmlərdən minimum məlumat verir. Sonrakı yolları isə özümüz seçirik. Mən istərdim ki, şagirdlərə din haqqında qısa məlumat verilsin. Tarix fənninin tərkibində orta məktəbin axırıncı sinifində təqribən dərslik belə adlana bilər: “Dini əxlaqın əsasları”x9d burada oruc və namazdan yox, ancaq dinimizdəki əxlaq məsələləri haqda qısa məlumat verilsin. Ata, ana, ailə, halal, haram, övlad və sair. Məsələlər Təhsil Nazirliyinin mütəxəsisləri din xadimləri ilə bunu müzakirə etsələr, yaxşı olar. Düşünürəm ki, bunun bizim gənclərimizin tərbiyyəsində çox böyük rolu ola bilər.

- Bir ara Moskvaya köçdünüz, deyəsən...

- 1994-cü ildə Moskvaya köçdüm. 2009-cu ilə qədər orada yaşadım. Bu ayrılıq isə məni həm vətəndən, həm də ədəbi mühitdən kənar saldı. 2009-cu ildə hər şeyi uşaqlara tapşırıb kəndə qayıtdım. Naftalanda istirahət edəndə, şair Ənvər Əhmədlə tanış oldum və o, mənə şeir kitablarımın dərc olunmasında köməklik etdi. Rəhmətlik şair Ədalət Əsgəroğlu ilə də yaxın dost olmuşaq. Şair Rasim Qaraca ilə də görüşürük.

- Azərbaycana qayıdandan sonra hansı yaradıcılıq işləri gördünüz?

- Yaradıcılıqla bağlı onu deyə bilərəm ki, son beş ildə mənim üç kitabım dərc olunub. Bizim fəxrimiz, Milli Qəhrəman Mübariz İbrahimova “Şəhid Mübariz”x9d adlı ilk şeiri mən yazmışam. Bununla bağlı çəkiliş də olub.

Dözmədi qeyrətin bu haqsızlığa,
Düşmənin gözünə alov ələdin.
Qırdın sən onları öz yuvasında,
Azğın dığaları qana bələdin...

Bunun ardınca Milli Qəhrəmanın anası Şamama anaya da “Ana, ağlama”x9d adlı şeir yazdım.

Kədərin sonsuzdur, qəmin bir bölük,
Qəlbində dağ qədər çox ağır bir yük.
Səbr et buna, dərdin olsa da böyük,
Ana, ağlama...

- Şəkillərinizə baxanda Jirovski ilə birlikdə şəkilinizi gördüm. Elə yaxın əlaqələrinizmi var onunla?

- Xeyr. Bir dəfə şəhərdə olanda təsadüfən onu gördüm. Yaxınlaşıb dedim ki, gəlin bir şəkil çəkdirək. O, da sağ olsun etiraz etmədi.

- Hər halda qalan ömrünüzü vətəndə yaşayacaqsınız.

- Əlbəttə. Yorulmuşam qəribçilikdə. Burda öz evimdə həyat yoldaşımla baş ”“ başa verib yaşayaırıq. Sizinlə də görüşmək çox xoş oldu. İnanıram ki, bundan sonra daha tez ”“ tez görüşərik.

Sonda onu da qeyd edim ki, həmsöhbətim Ədalət Eşqin (Şahbazov Ədalət Adıgözəl oğlu) 1954-cü il martın 1-də Cəlilabad rayonunda anadan olub. Orta təhsilini 1971-ci ildə rayonun Göytəpə (keçmiş Pirişib) şəhərində başa vurmuşdur. 1983-cü ilə Bakı Dövlət Universitetinin hüquq fakülitəsini hüquqşunas ixtisası üzrə bitirmişdir. Şairin “Bir şirin nəğməsən”x9d, “Tələs sevmək üçün”x9d, “Sən gözləmədin”x9d adlı şeir kitabları işıq üzü görüb.

Vasif Əlihüseyn




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO