“Xocalı soyqırımında həyatını itirənlər cihad etməsələr belə onlar şəhid sayılırlar. Ancaq kiminsə hər hansı bir şəxsi şəhid sayması dini baxımdan da doğru deyil”x9d.xa0
Bunu Moderator.az-a açıqlamasında dini ekspert Elşad Miri nazir Əbülfəs Qarayevin müğənni İlhamə Quliyevanı şəhidlər sırasına qatması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.xa0
Ekspert daha sonra qeyd edib ki, onsuz da heç kim xalq artistini şəhid kimi tanımayacaq: “Bu, dinlə əlaqəsi olmayan bir şəxsin ifadəsidir, başqa məsələlərlə də əlaqələndirmək düzgün olmaz. Nazirin deməyinə baxmayaraq onsuz da heç kim onu şəhid kimi tanımayacaq”x9d. xa0
Qeyd edək ki, bu gün xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xalq artisti haqqında bunları dediyi iddia edilir:xa0
“Bu gün Xocalı faciəsi günüdür. Ümidvaram ki, xalqımız öz torpaqlarını qaytarmağa nail olacaq. Bizim xalqımız ağır itkilər verib. Şəhidlərə Allahdan rəhmət diləyirəm. O şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan sənətçi idi”x9d.xa0
Rumiyyəxa0



































































































