Biz bir millətik! Yenilməz Türk milləti!

Biz bir millətik! Yenilməz Türk milləti!

Hazırda oxunan: Biz bir millətik! Yenilməz Türk milləti!
120894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bütün Türk dünyasının dilinin əzbəri olan, Türk dünyasının lideri, Ulu öndər Heydər Əliyevin “Biz millət, iki dövlətik!”x9d ”“ şüarı tarixə atılan daha bir imza oldu. Bu gün Azərbaycanda işləməyə, yaşamağa gəlmiş hər bir Türk vətəndaşı özünü öz evindəki kimi hiss edir. Bu da qardaşlıq münasibətlərinin kökünün qədimliyindən irəli gəlir. Azərbaycan xalqının qonaqpərvərliyi, istiliyi adamın ürəyini riqqətə gətirir. Mən bir iş adamı olaraq Azərbaycana gəldim. Buranın ab ”“ havasına elə uyğunlaşdım ki, sanki burda doğulmuşdum. Təsadüf məni bir qəzet redaksiyası ilə əməkdaşlığa cəlb etdi. Bu redaksiyada çalışan hər bir insanda vətənpərvərlik o qədər güclü idi ki, hər bir yazıda bu daha açıq şəkildə özünü göstərirdi. Və mən 2009 ”“ cu ildən bu redaksiyanın Türkiyə təmsilçisi kimi işə başladım. Çox mehriban bir kollektiv idi. Redaktorumuz sadə və gənc olmasına baxmayaraq yazılarına və xeyirxah əməllərinə görə yetərincə tanınmış biri idi. Ramin Əhmədovun hər nömrədə geniş perspektivli yazıları hamının xoşuna gələcək temada olurdu. Maraqlı araşdırmaları vardı. Bizi ən çox yaxınlaşdıran onun təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı olan haqsızlıqlara tez və sərt reaksiyalı yazıları idi. Ramin Əhmədov demək olar ki, bütün yazılarında Türkün tarixinə istinad edir. Terrororizmə, haqsızlığa qarşı yazılarında maraqlı fikirlər yürüdür. Əlalxüsus da Ümummilli lider Heydər Əliyevlə bağlı yazıları çox maraqlıdır. Hər dəfə onun yazılarını oxuyanda Heydər Əliyev barədə yeni bir səhifə açılır önümüzdə. Dövlətçiliyin təbliğini önünə məqsəd qoyan Ramin hələ çox gəncdir. Amma gənc olmasına baxmayaraq hər addımda Vətən üçün fəda olmağa hazır olduğunu, “Yolum haqq yolu ”“ demək Heydər Əliyev yoludur!”x9d-şüarəyla addımladığını vurğulayır. Mən bir Türk vətəndaşı kimi onu ürəkdən alqışlayır, Vətənsevərliyi, xeyirxahlığı yolunda gördüyü işlərdə uğur diləyirəm. Ramin Əhmədov da təkcə Azərbaycan vətəndaşı deyil, həm də Türk övladıdır. Necə ki, o,Vətən uğrunda Heydər Əliyev yolunu tutub Prezident İlham Əliyevin ardınca getməyə özünü səfərbər edib, biz də bir qardaş olaraq hər vaxt onun yanında olub onu dəstəkləməyə hazırıq!
Biz bir millətik!xa0
Yenilməz Türk milləti!

SAİT CANDEMİR
Türkiyə vətəndaşı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO