Millət vəkili Vahid Əhmədov Qubada seçiciləri ilə növbəti qəbulunu həyata keçirib. Qəbuldan öncə görüş keçirilib, V.Əhmədov gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Son zamanlar manatın devalvasiyası ilə əlaqədar iştirakçıların çoxsaylı suallarına cavab verib. Azərbaycan hökumətinin və Mərkəzi Bankla gördüyü işlər barədə, Prezidenti İlham Əliyevin sosial - iqtisadi problemlərin həlli ilə bağlı apardığı müsbət fəaliyyətin əhəmiyyətindən danışıb.
Qəbulda Quba ilə yanaşı ətraf rayonlardan olan 86 nəfər vətəndaş iştirak edib.
Qəbulda əsasən vətəndaşlar tərəfindən iş məsələsi, bank kreditlərinin taleyi, qiymət artımına qarşı tədbirlər, ev tikmə üçün torpaq sahəsinin ayrılması, sosial yardımların verilməsi kimi məsələlər qaldırılıb.
Millət vəkili qaldırılan şikayətləri dinləyərək aidiyyatı orqanlara yönləndirilib, bir qisim müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Növbəti qəbul fevral ayında keçiriləcək.



































































































