
- A-
- A
- A+
Cəmiyyət
17:56 / 14.01.2016
2 dəq oxunma
Vüqar Bayramovdan monopolistlərə sərt tənqid - Video
Hazırda oxunan: Vüqar Bayramovdan monopolistlərə sərt tənqid - Video
116062
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İqtisadçı alim Vüqar Bayramovun fikrincə, monopoliya Azərbaycan iqtisadiyyatının ən ciddi problemidir və monopolistlər bazarda rəqabətin formalaşmasına imkan vermədiyi üçün qiymət artımları müşahidə edilir.
Dekabrın 13-də ans-də yayımlanan “Günəbaxan”x9d verilişinin qonağı olan Vüqar Bayramov bildirib ki, monoplistlər ərzaq məhsullarının qiymətini bilərəkdən dəfələrlə artırıb gəlir əldə edirlər. Rəqabətə imkan verilmədiyi üçün qiymətlər aşağı düşmür. İqtisadçı alim deyib ki, əksər ərzaq məhsullarının qiymətləri qonşu ölkələr ilə müqayisədə hətta 2 dəfəyə yaxın yüksəkdir. Bu isə birbaşa idxalda monopoliya ilə bağlıdır.
İqtisadçı alim deyib ki, idxal ilə yanaşı daxildə də monopoliya var və fermerlərin paytaxt bazarına daxil olmasına imkan vermirlər. Fermerlərdən kənd təsərrüfatı malları alınır və 2 dəfə artıq qiymətə satılır. Nəticədə bir qrup gəlir əldə edir.
Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi bu ilin aprel ayında Gürcüstan daxil olmaqla digər MDB ölkələrində qiymətlərin müqayisəsini apardıq. Azərbaycan bir sıra məhsulların, o cümlədən, ət məhsullarının ən yüksək qiymətinə malikdir. Çünki monopoliya var. Monopoliya aradan qaldırılarsa qiymətlər kəskin aşağı düşə bilər: qiymətlər hətta ikinci devalvasiyadan əvvəlki səviyyədən də aşağı düşə bilər.
İqtisadçı deyib ki, bazar iqtisadiyyatında monopoliya olmur. Monopoliya varsa o zaman iqtisadiyyat qanunla işləmir. Vüqar Bayramov eyni zamanda bildirib ki, biz qeyri-realistik deyil, müqayisəli üstünlüyə malik olan sektorları dəstəkləməliyik. Bizim aqrar ölkə olmağımızda qeyri-adi heç nə yoxdur. Çalışmalıyıq ki, qeyri-neft ixracatını artıraq ki, ölkəyə daha çox valyuta daxil olsun.
Müsahibə ilə tam formada aşağıdakı linkdən tanış ola bilərsiniz:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































