Ölkədə yaranmış iqtisadi,ictimai-siyasi böhranla bağlı xalq etiraza qalxır, hakimiyyət isə bunu görməzliyə vurub, ictimai əsayişin pozuntusu kimi qələmə verir. Azəybaycan iqtidarı əgər ölkədəki böhrana belə yanaşacaqsa, yaranmış gərginliyi dəyənək gücünə həll etməyi düşünürsə, o zaman heç kimdə şübhə olmasın ki,ölkə boyu başlanan etiraz dalğası yeni hakimiyyətin doğuşunu sürətləndirəcək. Real siyasi mənzərə nəzərə alınmadan problemin həlli istiqamətində atılan istənilən addım vəziyyəti nəinki sabitləşdirəcək, əskinə daha da alovlandıracaq.Siyasi proseslərə həmişə biganə qalan xalq artıq ölkədə yaranmış iqtisadi,siyasi durğunluğun mərkəzindədir.Bu onu göstərir ki,artıq daxili vəziyyətin həlli istiqamətində imitasiya xarakterli islahat yox,real islahatlar atılmazsa o zaman xalq sakitləşməyəcək.Bunun üçün də iqtidarla müxalifət real vəziyyəti müzakirə etmək üçün hakimiyyət ölkənin real siyasi güclərinin dialoqunu təxirə salınmadan təşkil etməli və siyasi islahat təklifi ilk olaraq siyasi məhbus,iqtisadi islahat isə banklarla vətəndaşlar arasında olan dollar kreditlərindən başlamalıdır.Bundan sonra cəmiyyətdə devalvasiyanın doğurduğu problemlərin öyrənilməsi üçün hər iki tərəfdən iqtisadçılardan ibarət komissiyya yaradılmalıdır.Lakin çox təəssüflər olsun ki,bəzi özlərini siyasi analitik sayanların mövqeləri manatdan da çox devalvasiyaya uğradıqlarının fərqində belə deyillər.
Problem bunda deyil,problem ondadır ki,bu mütrüflər indiyə qədər Ə.Elçibəy istisna olmaqla, ölkədə keçirilmiş bütün prezident seçkilərində heç vaxt müxalifət adına qəbul edilən namizədləri müdafiə etməyiblər.İndi isə müxalifətə umac ovmaq, xalqa yaranmış vəziyyətlə bağlı yol göstərmək istəyirlər və çox təəssüflər olsun ki,bəzi müxalifət liderləri də eyforiyaya qapanıb bunların fikirlərini sosial şəbəkələrdə trajlamaqla məşğuldurlar.Sadə vətəndaş da qalıb çaş-baş,bilmir manatın üzən məzənnəsiylə məşğul olsun,ya bu simaları mövqeləri kimi üzən siyasi məzənnəyə transfer olaraq,bioqrafiyalarında demək olar ki,ölkənin bütün siyasi partiyalarına baş vuran siyasətçilərin xalqı çaşdırıcı açıqlamalarıyla.Yetər ki,sakit qalın,xalq bilir nəyi necə etməyi və ölkənin iqtisadi,ictimai-siyasi hayatı da,xalqın münasibəti də göz önündədir.
Fikrət Cəfərli


































































































