Tanınmış şərhçi ata yurdunda dəfn edildi – FOTO 

Tanınmış şərhçi ata yurdunda dəfn edildi – FOTO 

Hazırda oxunan: Tanınmış şərhçi ata yurdunda dəfn edildi – FOTO 
109566
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Xızı rayonunun Giləzi qəsəbəsində yol qəzasında həyatını itirən 31 yaşlı idman müəllimi Elvin Vaqif oğlu Rüstəmov bu gün ata yurdu Qubanın Birinci Nügədi kənd məzarlığında qəfn edilib.

Dəfn mərasimində ailə üzvləri, yaxınları, kənd sakinləri və işlədiyi Xızı rayonunun Baxışlı kənd məktəbinin müəllim heyəti iştirak edib. 

Qeyd edək ki, 31 yaşli Elvin Rüstəmov həm də idman jurnalisti idi. O, “Neftçi” futbol klubunun şərhçisi olub.

Ötən gün "Qarabağ"ın baş məşqçsi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında mərhum şərhçini yad edib:

"Tanınmış, hörmətli jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin.

Yaxınlarına başsağlığı verirəm. Təəəssüf ku, cavan yaşında vəfat etdi".

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO