Nardaranda ölənlərin yaxınları polis idarəsinə çağırıldı

Nardaranda ölənlərin yaxınları polis idarəsinə çağırıldı

Hazırda oxunan: Nardaranda ölənlərin yaxınları polis idarəsinə çağırıldı

109079
Nardaranda polislə silahlı qarşıdurmada ölənlərin ailə üzvləri polis idarəsinə çağırılıb.

Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, ölənlərin ailə üzvləri Sabubçu Rayon Polis İdarəsinə çağırılıb.

Bu danışıqdan sonra meyitlərin ailələrinə veriləcəyi gözlənilir.

Lakin bu çağırışa hələ ki, ölənlərdən Babayev Əkbərin ailə üzvləri müsbət cavab verib. Digərləri isə bu təklifə hələ ki, cavab verməyib. Kənd ağsaqqalları arasında bu barədə danışıqlar gedir.

Qeyd edək ki, noyabrın 26-da baş verən silahlı qarşıdurmada 5 dindar öldürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO